Bazar ertəsi , 16 Fevral 2026

Region

Quzey Kipr Türk Cümhuriyyəti yaranma gününü qeyd edir

2021-ci il noyabrın 15-i Quzey Kipr Türk Cümhuriyyətinin (KKTC) elan edilməsinin 38-ci ildönümünü qeyd edir. Boyukmillet.com xəbər verir ki, KKTC-nin yaranmasına həsr olunan bayram tədbirlərində Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib.Xatırladaq ki, 1974-cü ilin yayında Türkiyə Silahlı Qüvvələri Kiprdə sülhməramlı əməliyyat keçirib. Əməliyyat Türkiyənin dövrün baş naziri Bülənt Ecevit və baş nazirin müavini Necmettin Erbakanın şəxsi göstərişi ilə Kiprdə …

Read More »

Nikol Paşinyan müdafiə nazirinin dəyişdirilməsinin səbəbini açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb.  Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında çıxış edən hökumət başçısı bildirib ki, A.Karapetyanın fəaliyyəti ilə bağlı təhlil aparıb. Baş nazir qeyd edib ki, müdafiə nazirinin işdən çıxarılması Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlıdır.  “Qeyd etmək istəyirəm ki, Arşak Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsi və onun əvəzinə Baş …

Read More »

Saakaşvilinin SON DURUMU – Həkimi danışdı

“Eks-prezident bu gün zəif görünsə də, dünəndən fərqli olaraq rahat görüşə bildi”. Gürcüstan mediası xəbər verir ki, bu sözləri ötən gecə eks prezident Mixeil Saakaşvili ilə görüşən şəxsi həkimi Nikoloz Kipşidze deyib. Həkimin sözlərinə görə, Saakaşvili ona bu gün baş tutacaq məhkəməyə gəlməyə və gürcü xalqı ilə danışmağa hazır olduğunu bildirib: “Bu gün dünəndən fərqli olaraq, o, beşinci mərtəbədən, təbii ki, …

Read More »

“Naxçıvan Bank”ın rəhbərliyi dəyişdirilib

Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) və Audit Komitəsi (AK) tamamilə yenidən formalaşdırılıb. Boyukmillet.com  bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, indiyə qədər MŞ-na sədrlik edən Vasif Kazımov vəzifəsindən azad edilib, onun yerinə Əsədilla İsgəndərov seçilib. Şuranın üzvləri olan Əlidadaş Babayeva və Xuraman Mircavadova isə Baharxanım Talıbova və Rifat Mahmudovla əvəzlənib. Bundan başqa, indiyə …

Read More »

Aİ Ermənistan-Azərbaycan gərginliyinin artmasından narahatdır

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ötən həftə Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsini şərh edib. Boyukmillet.com  xəbər verir ki, Aİ rəsmisi bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb. O, ötən həftə Ermənistanla Azərbaycan arasında artan gərginlikdən narahat olduğunu bildirib. “(Gərginliyi-red) Azaltmaq, səbəbləri aradan qaldırmaq və hərtərəfli nizamasalma nailiyyət üzrə işə başlamaq lazımdır”, – Klaar tviterdəki səhifəsində yazıb. …

Read More »

Azərbaycan Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaradır

Bu gün yerli vaxtla saat 00:00-dan etibarən Azərbaycan tərəfi Qafan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır. Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti dünən məlumat yayıb. Buna uyğun olaraq, Ermənistan tərəfi də sərhəd və gömrük keçid məntəqələri yaradacaq. “Eyni zamanda nəzərinizə çatdırırıq ki, cari ilin sonuna kimi sözügedən hissə üzrə alternativ marşrut …

Read More »

Türkiyənin xarici işlər naziri İrana səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah İrana rəsmi səfər edəcək. Boyukmillet.com bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Səfər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə baş tutacaq. Qeyd edilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərdə müzakirəsi, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

Read More »

Rusiya və Türkiyə birgə silah istehsal edəcək

Moskva və Ankara birgə silah istehsalını və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə edirlər. Boyukmillet.com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Dubai Airshow-2021” beynəlxalq aviaşousu çərçivəsində deyib. D.Şuqayev vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davamlı şəkildə inkişaf edir. O, S-400 zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin imzalanmasının vaxtını da …

Read More »

Ərdoğan: “Bütün maneələri aşacaq gücə sahibik”

“Türkiyə müzakirə mövzusu olanda bəziləri beynəlxalq ticarətin qanunlarını dəyişsə, ikili standartlar tətbiq etsə də, biz bütün bu maneələri aşacaq gücə sahibik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala körpüsündəki son tamamlama işləri ilə tanış olarkən deyib. “Bəlkə bir az vaxt itirəcəyik, bəlkə də bir az daha çox enerji sərf edəcəyik, amma mütləq məqsədlərimizə çatacağıq”- dövlət başçısı bildirib.

Read More »

Türk Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qərar qəbul olunub. Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilib.

Read More »