Cümə axşamı , 19 Fevral 2026

Region

Quzey Kıbrıs Prezidenti “Azərbaycanın Zəfər Günü” proqramına qatıldı – FOTOLAR

“8 Noyabr – Azərbayacan Zəfər Günü” Şimali Kipr Türk Respublikasında təntənə ilə qeyd edilib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız ölkəmizin 2-ci Qarabağ müharibəsinin qələbə sevincini yaşamaqdadır. Bir il öncə Azərbaycan ordusunun və xalqının ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək əldə etdiyi Zəfər, bu il təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Kipr Dostluq …

Read More »

Türkiyə səfirliyi Azərbaycan Prezidentini və xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar feysbuk səhifəsində paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr-Zəfər Günü münasibətilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hərkəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”.

Read More »

İstanbulda Güney Azərbaycanın görkəmli ictimai xadimi Həsən Azərbaycan anıldı

Noyabrın 6-da İstanbulda İsvec Azərbaycan Federasiyası, Stokholm Azərbaycan Evi və Goteborq Azərbaycan Birliyinin təşkilatçılığı ilə tanınmış xeyriyyəçi, mədəniyyət xadimi Həsən Dəmirçi Azərbaycanın xatirəsinə həsr edilmiş anım gecəsi keçirilib. Anım gecəsinə Azərbaycanın Güneyindən və Quzeyindən, Türkiyədən, ABŞ və Avropa ölkələrindən onlarla soydaşımız qatılıblar. Anım gecəsini giriş sözü ilə şair Azəryar Danişvər açdıqdan sonra İsveç Azərbaycan Federasiyasının təmsilçisi Eldar Qaradağlı Həsən Azərbaycanın …

Read More »

Türkiyədə silahlı insident zamanı 4 nəfər həlak olub, xəsarət alan var

Türkiyədə silahlı insident olub. Boyukmillet.com xəbər verir ki, hadisə Afyonkarahisar şəhərində baş verib. Çıkrıq qəsəbəsində uşaq baxımı üstündə bir neçə nəfər arasında yaranan mübahisə zamanı avtomobilə atəş açılması nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım və jandarma qrupları cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onlardan 4-nün həyatını xilas etmək mümkün olmayıb. …

Read More »

Türkiyənin milli müdafiə naziri Ermənistana çağırış edib

“Azərbaycanla Türkiyənin Silahlı Qüvvələri arasında hərbi sahədə əməkdaşlıq davam edir” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə toxuanan nazir bildirib ki, məqsəd atəşkəsin davamlılığı və regionun sabitliyidir. “Belə ki, bu sabitlik təkcə Azərbaycan və Türkiyə …

Read More »

Azərbaycanın İstanbuldakı Baş konsulluğunda Zəfər Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın İstanbuldakı Baş konsulluğu Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, burada yaşayan və fəaliyyət göstərən …

Read More »

Ərdoğan: “Türkiyənin qətiyyətli fəaliyyəti Avropanı, dünyanı heyrətləndirir”

“2023-ci ilə indidən hazırlaşırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümraniyə Millət Bağçasının açılışında deyib. “Biz arxayınlaşmır, qapı-qapı gəzirik. İnkişafımız istiqamətində yolumuzu davam etdiririk. Bu qətiyyətli fəaliyyətimiz Avropanı, dünyanı heyrətləndirir. Bu gedişi görəndə şok oldular. Çünki bizdən bunu gözləmirdilər. Allahın izni ilə 2023-cü ildən böyük zəfərlə çıxacağıq”, – deyə dövlət başçısı bildirib.

Read More »

Çavuşoğlu: “Azərbaycan ərazilərinin azad edilməsi ilə region sülh şansı əldə etdi”

“Türkiyə bir çox aktual məsələlərdə, o cümlədən Suriya, Liviya və Qarabağdakı vəziyyət (Azərbaycan – red.) üzrə Rusiya ilə fəal təmasdadır. Mövqelərdə fikir ayrılıqları var, lakin tərəflər milli maraqlar çərçivəsində həssas məsələlərin qarşılıqlı şəkildə nəzərə alınması ilə konstruktiv dialoq kursuna sadiqdirlər. Bu, xüsusilə Ukraynaya aiddir”. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə …

Read More »

Bu gündən Türkiyədə risk qruplarına yeni doza vaksin tətbiq ediləcək

Bu gündən etibarən Türkiyədə risk qruplarına görə “mRNA” peyvəndi tətbiq olunacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Səhiyyə naziri “mRNA” peyvəndinin ikinci dozasından altı ay keçən tibb işçiləri, 18-60 yaş arası xroniki xəstələr və 60 yaşdan yuxarı insanların peyvənd olunacağını qeyd edib. “İki dəfə peyvənd olunan insanlar yeni doza üçün könüllü olmalıdırlar. Onlar ən yaxın şəhər …

Read More »