Bazar ertəsi , 16 Fevral 2026

Region

Ərdoğan Qlazqo İqlim Sammitində iştirak etməyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim dəyişikliyi ilə bağlı sammitdə iştirak etməyəcək. Boyukmillet.com xəbər verir ki, buna səbəb kimi Şotlandiyanın bir sıra protokol məsələləri razılaşdırmamasıdır. Bildirilib ki, sammitdə çıxış edəcək liderlərin siyahısında Rəcəb Tayyib Ərdoğanın adı yoxdur. Məlumata görə, Qlazqoda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşü planlaşdırılırdı. Ancaq onlar İtaliyanın paytaxtı Romada …

Read More »

Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında əməliyyat keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Məlumata görə, “Pençe-Kaplan” əməliyyat zonasında iki PKK terrorçusu zərərsizləşdirilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı əsgərləri Avaşin bölgəsində PKK terror təşkilatının 4 üzvünü tərksilah ediblər. Onlarla birlikdə çoxlu sayda silah və sursat arsenalı aşkar edilib, snayper tüfəngləri, pulemyotlar, qumbaraatanlar, əl …

Read More »

Cari il Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,5 faiz artıb

2021-ci ilin məhsulu üçün Naxçıvan Muxtar Respublikasında 64 min 259 hektar sahədə əkin aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, cari ilin 9 ayı ərzində muxtar respublikada 105 min 807 ton dənli və dənli-paxlalı, 11 min 44 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 71,8 ton tütün, 77 …

Read More »

Türkiyə Cümhuriyyətinin yaranmasından 98 il ötür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr – Respublika Günü münasibətilə ölkənin qurucusu Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı “Anıtkabir”ə əklil qoyub. Türkiyə Cümhuriyyətinin dövlət himni səsləndirilib. Ziyarətdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli, İyi Partiyanın sədri Maral Akşener, Cümhiriyyət Xalq Partiyasının sədri …

Read More »

Gürcüstan Saakaşvilini Ukraynaya təhvil verməməkdə israrlıdır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya təhvil verilməsi və ya onun həbsdən vaxtından əvvəl azad edilməsi istisna olunur. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılmasından söhbət gedə bilməz: İrakli Qaribaşvili “Onun Ukraynaya verilməsi də istisnadır. Əgər biz bu və ya digər işi görəciyiksə, deməli, ertəsi gün …

Read More »

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram. Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz …

Read More »

Kanadanın müharibədə Azərbaycana dəstəyə görə Türkiyəyə embarqo qoyan şirkəti müflis olub

Kanadanın İkinci Qarabağ müharibəsində Azərbaycana dəstək verdiyi üçün Türkiyəyə silah embarqosu qoyan müdafiə şirkəti müflis olub. Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanadanın “Telemus Sistemleri Inc.” şirkəti müharibə dönəmində Türkiyə Aerokosmik Sənayesi şirkətinə embarqo tətbiq edib. Hərbi pilotsuz uçuş aparatlarında istifadə üçün geniş çeşiddə elektron məmulatlar istehsal edən şirkət embarqonun mənfi maliyyə təsirləri səbəbindən Kanada hökuməti ilə Türkiyəyə ixrac …

Read More »

Baş nazir müavini: “Azərbaycan və Ermənistan kommunikasiyaların açılması məsələsində razılaşmaya yaxındır”

Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərindən ibarət İşçi Qrupu istismar ediləcək dəmir yollarının xəritəsinə dair razılaşmaya yaxındır. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan baş nazir müavini Mher Qriqoryan parlamentdəki çıxışında bildirib. Onun sözlərinə görə, avtomobil yolları xəritəsinə dair müzakirələr davam edir.

Read More »

Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirilib

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib. Boyukmillet.com xəbər verir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiyadakı Səfirliyinə …

Read More »