Şənbə , 14 Fevral 2026

Region

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Ermənistanın XİN başçısı ilə görüşüb

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib. Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

Read More »

Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ tviter səhifəsində məlumat verib. “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın siyasət yürüyüşündə haqqı və həqiqəti yüksək səslə müdafiə etmək uğrunda verdiyi mübarizəni öz qələmindən oxumaq fürsəti tapacağımız kitabı bütün kitab mağazalarında bizi gözləyir”, – H.Dağ …

Read More »

Türkiyədə tekstil müəssisələrinin yerləşdiyi binada güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində tekstil müəssisələrinin yerləşdiyi binada yanğın baş verib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə şəhərin Arnavutköy rayonunda olub. Bildirilib ki, 8 mərtəbədən ibarət olan binada 6 tekstil müəssisəsi yerləşir. Binanın dam örtüyünü alov bürüyüb, insanlar təcili şəkildə təxliyə edilib. 58 yanğınsöndürən vasitə, 167 personalın cəlb edildiyi yanğınsöndürmə əməliyyatı bir neçə saat sonra nəticə verib. Yanğın nəzarət …

Read More »

Rusiyada miqrantların hərəkəti çiplə izləniləcək

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi ölkədəki əcnəbi vətəndaşları sıxışdıran daha bir təkliflə çıxış edib. Boyukmillet.com “RIA Novosti”yə istinadla xəbər verir ki, Rusiyaya 90 gün və ya daha çox müddətə gələn əcnəbilərə barmaq izi çipi olan plastik kart almağı məcbur edən əmr layihəsi hazırlanır. Bundan əvvəl də DİN səlahiyyətliləri əsasən postsovet ölkələrindən olan miqrantların hüquqlarını çərçivələyən qərarlar verib. Xatırladaq ki, hazırda Rusiyada 120 …

Read More »

Ermənistanda Kremlin iştirakı ilə sülh müqaviləsi hazırlanır – İddia

Bu günlərdə Ermənistan hökumətinin aparatında və xüsusən Ermənistanın Xarici İşlər Nazirliyində sülh müqaviləsinin hazırlanması üzərində fəal iş aparılır. Boyukmillet.com  xəbər verir ki, bunu “Past” qəzeti yazıb. Ermənistan KİV-i qeyd edir: “Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirir ki, Nikol Paşinyanın tapşırığı ilə nazirliyin mütəxəssisləri və bir qrup beynəlxalq hüquq mütəxəssisi, hökumət aparatı ilə birlikdə son günlər dərin araşdırmalar aparır və belə bir …

Read More »

Türkiyə ordusu Suriyanın şimalında daha 4 terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında daha 4 PKK/YPG terrorçusu məhv edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. “PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki dinclik və güvən şəraitini pozmasına icazə vermədik və verməyəcəyik”, – məlumatda qeyd edilib.

Read More »

İrəvanda “Qarabağın qəhrəmanı”nın məzarı dağıdıldı – Ailəsi aksiyaya başlayır

İrəvanın “Yerablur” məzarlığında Ermənistanın “milli qəhrəmanı”  Narek Gevorkyanın məzar daşları dağıdılıb. NGevorkyan həm də “Qarabağın qəhrəmanı” kimi təqdim olunur. Hadisə 30 avqust günortadan sonra baş verib. Boyukmillet.com  xəbər verir ki, Narekin atası Roman Gevorgyan günahkarları məsuliyyətə cəlb etmək üçün hökumət binası qarşısında etiraz aksiyası təşkil etməyi planlaşdırır.Ermənistan Müdafiə Nazirliyindən izahat tələb olunur.

Read More »

“Federasiyamız artıq yeni bir dövrə qədəm qoyur” – TADEF – in yeni sədri

“Keçən həftənin bazar günü Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına üzv olan dərnəklət ilə birgə seçkilərlə iştirak etdik. Tədbirdə 44 günlük Vətən müharibəsində zəfər qazanan şanlı Azərbaycanımızın qardaş ölkədə layiqincə təmsil olunması üçün mühim qərarlar alındı. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını əldə rəhbər tutaraq öz fəaliyyətimizi yenidən qurmaq, Türkiyədə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarımız arasında daimi koordinasiyanı təmin …

Read More »

Ermənistanın dövlət borcu 9 milyard dolları ötüb

Ermənistanın dövlət borcu artıq 9 milyard ABŞ dollarını ötüb. Yerli hökumət cari ilin yanvarından iyulunadək ölkənin dövlət borcunu daha 1 milyard dollar artırıb. Bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd edilir ki, avqustun 23-də Beynəlxalq Valyuta Fondunun Ermənistana 175 milyon ABŞ dolları məbləğində kreditin verilməsi haqqında qərarı qüvvəyə minib. İyulun 31-ə olan məlumata əsasən, Ermənistanın dövlət borcu 8,973 milyard dram təşkil …

Read More »

Ərdoğan ən yeni PUA-nın Türkiyə ordusuna qəbul edildiyini bildirib

Yeni uzaq mənzilli pilotsuz uçuş aparatı “Bayraktar Akinci” Türkiyə ordusunun silahlandırılmasına daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib. “Bu gün biz dünyada ən yaxşı silahlardan biri, ağır “Bayraktar Akinci” pilotsuz uçuş aparatının ordumuzun arsenalına əlavə olunmasını alqışlayırıq. Bu, bizim müstəqilliyimizin daha bir simvoludur. Türkiyə belə texnologiyalara malik üçüncü aparıcı ölkə oldu. Biz Türkiyəni pilotsuz …

Read More »