Şənbə , 6 Dekabr 2025

Region

Ermənistanda yeni terror təşkilatı yaradıldı

Ermənistan 44 günlük ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramasından sonra özünün ənənəvi metoduna-terror fəaliyyətinə üstünlük verməyə başlayıb və bu məqsədlə yeni terror təşkilatı qurub. Bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMED) başqanı Savaş Eğilmez bildirib. O, ermənilərin yeni terror təşkilatının “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adı altında fəaliyyət göstərdiyini deyib. “Ermənistan 27 sentyabr 2020-ci ildə başlayan və 44 …

Read More »

Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri …

Read More »

KTMT-nin baş katibi Ermənistanda – Sərhəd məsələsi müzakirə olunur

Ermənistan Təhlükəsizlik Şurasının qərargah rəisi Hayk Petrosyan və KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Görüşdə bildirilib ki, mayın 12-dən Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət gərginləşib. Erməni tərəfi iddia edib ki, Azərbaycan hərbçiləri “Qara Göl” bölgəsindədirlər və burada möhkəmlənməyə çalışırlar:  Oxşar vəziyyət Basarkeçər rayonu və Naxçıvan istiqamətindədir.Bu ərazilərdə hadisələr vaxtaşırı baş verir, nəticədə ölüm və yaralanmalar olur.

Read More »

Gürcüstanın Baş naziri: “Azərbaycanla əla münasibətlərimiz var”

“Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib. O, üç qonşu ölkə – Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib. Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub: …

Read More »

Gürcüstanın XİN başçısı: “Cənubi Qafqaz əməkdaşlıq və mehriban qonşuluq məkanına çevrilməlidir”

“Cənubi Qafqaz əməkdaşlıq, mehriban qonşuluq və dinamik inkişaf məkanına çevrilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib. Rəhbəlik etdiyi qurumun növbəti 10 il üçün fəaliyyət planının təqdimatını keçirən nazirin sözlərinə görə, Gürcüstan bölgədə balanslaşdırılmış, tərəfdaşlıq və qarşılıqlı faydalı regional siyasət yürüdəcək.

Read More »

Türkiyə hərbçiləri İraqda daha 13 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe Kaplan” antiterror əməliyyatı nəticəsində son sutkada 13 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilir ki, PKK terror qruplaşmasına ağır zərbələrin vurulması davam edir.

Read More »

KTMT-nin baş katibi Ermənistanda səfərdədir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir. Boyukmillet.com “Report” -a istinadən xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Baş nazir Nikol Paşinyan S.Zası qəbul edəcək. KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçiriləcək. Səfər avqustun 10-da başa çatacaq. Sədrəddin Sultan

Read More »

Türkiyədə meşə işçiləri yanğınları söndürərkən xəsarət alıblar

Türkiyənin Muğla əyalətində yanğınlara qarşı mübarizə aparan 2 meşə işçisi yaralanıb. Bu barədə Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir. Məlumata görə, yanğın zamanı ağaclardan biri meşə işçiləri Selim Korkmaz və Hakan Tutuşun üzərinə aşıb. Hadisə yerinə hərbi helikopter göndərilib və yaralılara yerindəcə ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan biri Muğlanın xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, Köycəğiz, Milas, Mentəşə, Seydikəmər, Kavaklıdərə və Yatağan rayonlarında …

Read More »

Türkiyədə yaşayış məntəqələri üçün təhlükəli yanğınların hamısı söndürülüb

Türkiyədə yaşayış məntəqələri üçün təhlükə törədən meşə yanğınlarının hamısı söndürülüb. Boyukmillet.com xəbər verir ki, nazir bu barədə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli “A Haber” telekanalının efirində bildirib. “Hazırda yaşayış məntəqələrinə təhlükə törədən yanğınlar yoxdur. Yanmış ərazilər başqa məqsədlər üçün istifadəyə verilməyəcək, onlar bərpa ediləcək”, – nazir deyib.

Read More »

Türkiyə vətəndaşlarını qətlə yetirən terrorçu və daha 5 silahlı məhv edilib

Türkiyənin Hərbi Qüvvələri Suriyanın şimalında 6 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bununla bağlı əməliyyat Tal-Rıfatın şərqində Zaviyan və Şaalada, Tal-Cidcan və Tal-Unayb yaşayış məntəqələrində keçirilib. Qeyd edilir ki, məhv edilmiş terrorçulardan birinin avqustun 5-də iki nəfərin həlak olması ilə nəticələnən hücumda iştirak etdiyi müəyyənləşdirilib.

Read More »