Cümə axşamı , 19 Fevral 2026

Region

Ərdoğan meşə yanğınlarında terror izinin olduğunu istisna etməyib

“Meşə yanğınlarının başvermə səbəbi kimi bütün ehtimallara diqqət yetirdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bildirib ki, meşə yanğınlarının başvermə səbəbi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bütün qurumlar yanğınların baş verdiyi yerlərdə araşdırmalar aparıblar: “Saxlanılanlar da var, həbs edilənlər də. Kəşfiyyat məlumatlarımız var. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik kəşfiyyatı tərəfindən …

Read More »

Gürcüstanda daha 5 352 nəfərdə koronavirus aşkarlanıb, 48 nəfər ölüb

Gürcüstanda son sutka ərzində daha 5 352 nəfərə koronavirus diaqnozu qoyulub, 2 635 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 461 198 yoluxma faktı təsdiqlənib. Yoluxanların 409 110-u sağalıb, 6 230-u ölüb. Aktiv xəstə sayı 45 832 nəfərdir.

Read More »

Türkiyədə daşqın olub, ölən və itkin düşən var

Türkiyənin şimalında yerləşən Bartın əyalətinin Ulus rayonunda sel suları bəzi ərazilərdə körpüləri aşırıb, yolları dağıdıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə itkin düşüb. Məlumata görə, xilasedicilər Yenixan kəndində evlərdə çıxılmaz vəziyyətidə qalan 20 nəfəri xilas ediblər. Rayon ərazisində bir neçə yerdə torpaq sürüşməsi də baş verib. Bu səbəbdən Bartın-Karabük avtomobil yolu Yenixan kəndində gediş-gəliş …

Read More »

Türkiyə İsveçrəyə nota verib

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır. Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif dərnək və qeyri-hökumət təşkilatları adı ilə təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir. “Biz terrorçuluqla mübarizədə terror təşkilatları arasında ayrı-seçkiliyin …

Read More »

KTMT-nin Baş katibi: “Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib”

“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”. Boyukmillet.com  “Armenpress”ə istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib. O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir. S.Zas deyib ki, vəziyyət KTMT-nin diqqətindədir və təşkilat Ermənistanın dövlət strukturları …

Read More »

Ermənistanın müdafiə naziri yenə Rusiyaya gedib

Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya səfərə gedib. Boyukmillet.com “Report” “-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq. Ermənistan müdafiə nazirinin Rusiyanın başqa yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb. Xatırladaq ki, iyulun 27-də Arşak …

Read More »

Lukaşenko: “Tezliklə prezident postundan gedəcəyəm”

“Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezlıiklə bu, olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə deyib. “Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar …

Read More »

Ermənistanda yeni terror təşkilatı yaradıldı

Ermənistan 44 günlük ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramasından sonra özünün ənənəvi metoduna-terror fəaliyyətinə üstünlük verməyə başlayıb və bu məqsədlə yeni terror təşkilatı qurub. Bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMED) başqanı Savaş Eğilmez bildirib. O, ermənilərin yeni terror təşkilatının “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adı altında fəaliyyət göstərdiyini deyib. “Ermənistan 27 sentyabr 2020-ci ildə başlayan və 44 …

Read More »

Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edilib

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb. Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri …

Read More »

KTMT-nin baş katibi Ermənistanda – Sərhəd məsələsi müzakirə olunur

Ermənistan Təhlükəsizlik Şurasının qərargah rəisi Hayk Petrosyan və KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Görüşdə bildirilib ki, mayın 12-dən Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət gərginləşib. Erməni tərəfi iddia edib ki, Azərbaycan hərbçiləri “Qara Göl” bölgəsindədirlər və burada möhkəmlənməyə çalışırlar:  Oxşar vəziyyət Basarkeçər rayonu və Naxçıvan istiqamətindədir.Bu ərazilərdə hadisələr vaxtaşırı baş verir, nəticədə ölüm və yaralanmalar olur.

Read More »