Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalındakı Tall-Rıfat rayonundan “Fərat qalxanı” əməliyyatı zonasında türk hərbçilərin mövqelərinə atəş açan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı) dörd terrorçusunu məhv edib. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib. Qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ əməliyyatı nəticəsində zərərsizləşdirilib. …
Read More »Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb
Türkiyənin İzmir şəhərinin Foca rayonunun Mersinaki məntəqəsində KT-1 tipli hərbi təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyəni Milli Müdafiə Nazirliyi yayıb. Təyyarədəki iki pilot sağ xilas olub. Hadisənin səbəbi araşdırılır.
Read More »Türkiyədən kritik mesaj: Ukraynada savaş olsa, Rusiya ilə…
Azərbaycan və Suriyada yaşananlar çətin şəraitdə Türkiyə ilə Rusiyanın birgə hərəkət edə biləcəyini göstərdi. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Murad Bayburt deyib. “Türkiyənin Krımın ilhaqını qəbul etməməsinə rəğmən Rusiya ilə əlaqəsi pozulmayıb. Rusiyaya Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğumuzu dəfələrlə demişik. Buna rəğmən Ukraynada yaranacaq böyük böhran Türkiyə-Rusiya münasibətlərini zədələməz. Məncə, əlaqələrimiz daha …
Read More »Türkiyədə gecəyarısı çevriliş işarətli bəyanat yayan 104 admiraldan 10-u HƏBS OLUNDU – MƏNZİL VƏ MÜHAFİZƏ HÜQUQLARI ƏLİNDƏN ALINDI
Türkiyədə Dəniz Qüvvələrindən təqaüddə olan 104 admiralı Montrö Boğazlar Müqaviləsi və adı açıqlanmayan bir admiralın məsciddə cübbə geyindiyi iddia olunan fotosunu bəhanə edərək hökuməti təhdid edən və dövlət çevrilişinə işarə vuran bir bəyanat yaymışdı. Boyukmillet.com xəbər verir ki, Türkiyə cəmiyyətində böyük etirazlarla qarşılanan bəyanatdan sonra, Ankara Prokurorluğu təqaüddə olan 104 admiral haqqında “Dövlətin təhlükəsizliyinə və Konsitutsiya sisteminə qarşı cinayət tərətmək üçün …
Read More »Ermənistanda koronavirus şoku – virusa yoluxanlar xəstəxana üçün növbə gözləyir
Ermənistanda 149 koronaviruslu vətəndaş xəstəxanaya yerləşdirilməsi üçün növbə gözləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Gevorq Simonyan feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə Səhiyyə Nazirliyi “COVİD mərkəzləri”nin və yataq fondunun sayını artırmaq üçün əlindən gələni edir. Son sutka ərzində Ermənistanda 424 nəfər yeni yoluxma qeyd alınsa da, 29 mart tarixində ümumilikdə ölkə üzrə 190 741 yoluxmanın olduğu …
Read More »Türkiyədə karantin rejimi sərtləşdirildi
Türkiyədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonrakı açıqlamasında məlumat verib. Boyukmillet.com Türkiyə mediasına istinadən xəbər verir ki, bütün ölkə ərazisində küçəyə çıxmaq axşam saat 21:00-dan səhər saat 05:00-dək məhdudlaşdırılıb. Bu qayda həftənin bütün günləri keçərlidir. Xəritədə qırmızı ilə işarələnən 58 şəhərdə isə şənbə və bazar günləri küçəyə çıxmaq …
Read More »Türkiyə-Özbəkistan hərbi təlimləri başladı – VİDEO
Özbəkistan və Silahlı qüvvələrin iştirakı ilə Özbəkistan və Türkiyə ortaq təlimləri başladı. Boyukmillet.com Özbəkistan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Termiz şəhərindəki hərbi poliqonda keçirilən Özbəkistan-Türkiyə ortaq hərbi təliminin açılış mərasimi təşkil edildi. Təlimin açılışında Müdafiə Nazirliyi rəsmisi Laziza Usmanov, Özbəkistan, Türkiyə və Xüsusi Hərəkat Briqadası Cənubi Əməliyyat Komandiri Komandir Vəkili Parker Satvaldiyev Rüşdünün şərəfinə iki ölkə ilə birlikdə xüsusi …
Read More »İstanbulda PKK-ya işləyən 10 nəfər tutulub
İstanbul Polis İdarəsinin Terrora qarşı Mübarizə İdarəsinin şəhərdə keçirdiyi antiterror əməliyyatı nəticəsində barələrində axtarış elan edilən 15 nəfərdən 10-u tutulub. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, antiterror əməliyyatı İstanbulun 4 rayonunda 15 ünvanda eyni zamanda keçirilib. Onlar terrorçu PKK-ya işləməkdə şübhəli bilinrlər. Tutulanların yaşadıqları mənzildə aparılan axtarış nəticəsində terror qruplaşmasnıa dair xeyli sənəd və digital materiallar …
Read More »Ermənistan müxalifəti Paşinyanın seçki vədi ilə razılaşmadı
Ermənistanın baş naziri Nikol Paşinyan 3 ay sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirsə də, müxalifət fəalları bununla razılaşmayıblar. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. Baş nazirə qarşı çıxan müxalif fəallar Paşinyanın maksimum aprelin sonlarına qədər istefa verməsi tələbini irəli sürüblər. “Vətənin qurtuluşu üzrə Hərəkat”ın təmsilçiləri isə bu gün yeni bəyanatla çıxış edəcəklərini vurğulayıblar. “Mübarizə (Paşinyana qarşı-red) davam edir. …
Read More »Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub
Suriyadan atılan raketlər Türkiyənin Kilis vilayətinə düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb. Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
