Cümə , 27 Sentyabr 2024

Region

Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyası Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd edək ki, bu il mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək. Xatırladaq ki, 69 yaşlı Rəcəb Təyyib Ərdoğan Türkiyə Respublikasının 12-ci prezidentidir. O, …

Read More »

İranda aksiyalarda saxlanılan uşaqlar fiziki və cinsi zorakılıqlara məruz qalır

İranın kəşfiyyat və təhlükəsizlik xidmətlərinin əməkdaşları ümummilli etirazlarda iştirakı boğmaq üçün 12 yaşlı uşaqlara qarşı döyülmə, şallaqlamaq, elektrşok, zorlama və digər cinsi zorakılıq da daxil olmaqla dəhşətli işgəncələr törədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Amnesty İnternational” təşkilatı bu gün bildirib. İranda 22 yaşlı Məhsa Əmininin həbsdə öldürülməsinin səbəb olduğu misli görünməmiş xalq üsyanının altı ayını qeyd edən “Amnesty International” …

Read More »

Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək. “Report”un tədbirə ezam olunmuş əməkdaşının xəbərinə görə, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan …

Read More »

Paşinyanın qohumu yüksək vəzifəyə seçilib

Ermənistanda Gümrü Ağsaqqallar Şurasının hakim “Vətəndaş Razılaşması” fraksiyasından olan üzvü, baş nazir Nikol Paşinyanın qohumu Vaaqn Mkrtçyan şəhər merinin müavini vəzifəsinə seçilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, əvvəlki müavin David Aruşanyan hakim partiyadan deputat olduqdan sonra vəzifə boş qalıb. Gümrü Ağsaqqallar Şurasından və “Balasanyan” blokundan olan 21 üzvü onun namizədliyinə səs verib. Seçkidən sonra Mkrtçyan …

Read More »

Ötən il Ermənistanda hərbçilərə 143 cinayət işi açılıb

2022-ci ildə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir. Sənədə əsasən, cinayət işlərindən 17-si dövlətə xəyanət maddəsi, 47-si korrupsiya faktı, 9-u silah və döyüş sursatının qanunsuz dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz …

Read More »

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. İclas Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.

Read More »

Türkiyə XİN: “İslamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”

“BMT, ATƏT, İƏT kimi beynəlxalq və regional təşkilatlarda islamofobiyaya qarşı mübarizəmizi davam etdirəcəyik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq islamofobiyaya qarşı Mübarizə Günü ilə bağlı yaydığı bəyanatında bildirilib. Qeyd olunub ki, bəzi Qərb ölkələrində “Quran”ın yandırılması islamofobiyanın təzahürüdür: “Dinə qarşı nifrətin artdığı bu həssas dövrdə beynəlxalq ictimaiyyət qarşılıqlı hörmət prinsipi əsasında birgəyaşayışın təmin olunmasına çalışmalıdır”.

Read More »

Pentaqonun sözçüsü: “Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir”

“Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pet Rayder brifinqdə bildirib. Onun sözlərinə görə, əvvəlki uğurları nəzərə alaraq Ukrayna rəhbərliyi qarşıda hələ çox işlərin olduğunu dərk etməlidir. P.Rayder deyib ki, ABŞ Ukraynanı sursat və hava hücumundan müdafiə sistemi ilə təmin etmək üçün bütün imkanlarından yararlanacaq.

Read More »

Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb. “Qərargahın (Ali Baş Komandanın Qərargahı – red.) toplantısını keçirdim. Baş Komandan, kəşfiyyat, istiqamət komandanlarının məruzələri. Əsas diqqət “Xortitsa” qoşunların operativ-strateji qruplaşması və Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu …

Read More »