Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsinin qalmağa davam edəcəyini açıqlayıb. Təşkilatdan “Report”a verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb. Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artıb: “ÜST və ABŞ-nin Xəstəliklərə …
Read More »Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanıb
Azərbaycandan Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, dekabrın 19-da Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib. Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri …
Read More »TƏBİB: “Qrip əleyhinə peyvənd olunmaq üçün müraciət edənlərin sayı çoxdur”
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qrip əleyhinə peyvəndlənmək üçün müraciət edənlərin sayının çox olduğunu bildirib. O, bu barədə “Report”un sualını cavablandırarkən jurnalistlərə açıqlamasında danışıb. “Azərbaycana gətirilən qrip əleyhinə peyvəndlərin vurulması prosesinə yeni başlanılsa da, müraciətlərin sayı çoxdur. İlin sonunda statistik rəqəmləri dəqiq demək olar”, – TƏBİB sədri qeyd edib. V.Qurbanov bildirib ki, ölkədə qızılca əleyhinə aidiyyəti səhiyyə orqanları tərəfindən lazımi addımlar …
Read More »Cəbrayıl və Qubadlıda modul tipli xəstəxanalar quraşdırılacaq
Gələn il Cəbrayıl və Qubadlı rayonlarında modul tipli xəstəxanaların quraşdırılması nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib. Onun sözlərinə görə, Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda bu tip xəstəxanalar quraşdırılıb.
Read More »Azərbaycandan Çinə quş ətinin ixracına icazə verilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub. Bu barədə “Report”a AQTA-dan məlumat verilib. Agentlik Çinin müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan …
Read More »Səhiyyə Nazirliyi qızılcadan qorunmağın yollarını açıqlayıb
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu peyvəndləmə olmasını deyib. Boyukmillet.com-un xəbərinə görə, o bildirib ki, qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan xəstəlikdir. Həkim-infeksionist söyləyib ki, xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. S.Cəfərova vurğulayıb ki, qızılca və xəstəliyin …
Read More »Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq
Azərbaycanda orta və böyük yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvəndlənməsinə (qızılca-parotit-məxmərək) yaxın günlərdə başlanılması nəzərdə tutulub. Bunu “Report”a açıqlamasında TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, peyvəndin 1-ci və 2-ci dozası arasında müddət 4 həftə olmalıdır. N.Mustafayeva bildirib ki, bir dəfə peyvənd sxemini tamamlamış və ya qızılca xəstəliyinə yoluxub sağalmış şəxsin …
Read More »Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib
Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib. Nazirlikdən bildirilib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanması müşahidə olunur. Qeyd olunub ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub: “Ölkə ərazisində …
Read More »AQTA: “Azərbaycana qanunsuz gətirilən “Samyun Wan” preparatı insan sağlamlığı üçün təhlükəlidir”
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağlı xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, AQTA bioloji aktiv qida məhsullarının satışı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar və mediada dərc olunan məlumatlar müvafiq qaydada təhlil edilərək araşdırmalar aparıb. Belə ki, agentliyin həyata keçirdiyi monitorinqlər çərçivəsində elektron ticarət vasitəsilə istehlakçılara bioloji aktiv qida …
Read More »Azərbaycanda qızılcaya yoluxma halları artır – RƏSMİ
“Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur”. Boyukmillet.com xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib. Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır. TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd …
Read More »