Çərşənbə , 7 May 2025

Sosial müdafiə

Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün aylıq məbləği artırılıb

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev …

Read More »

Sahil Babayev yeni sosial islahat proqramından danışıb

“Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, builki …

Read More »

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır. Boyukmillet.com xəbər verir ki, 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac …

Read More »

Pensiyanın artırılması nəticəsində pensiya kapitalının minimum məbləği də artır

Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensiya kapitalının minimum məbləğinə də təsiri olacaq. Bunu “Report”un sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Məlumat üçün bildirək ki, əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə …

Read More »

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” nazirlikdən məlumat verilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, tarixi Zəfərimizlə başa çatan 44 …

Read More »

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib. Bu barədə  Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib. Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya …

Read More »

Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün uçota alınması dövrü daha 3 il uzadılıb

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamındakı dəyişiklik həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün onların uçota alınma dövrünün daha 3 il uzadılmasını nəzərdə tutur. Boyukmillet.com  xəbər verir ki, …

Read More »

Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair qanun təsdiqlənib

Prezident İlham Əliyev qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər …

Read More »

Sentyabr şəhidinin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb

Vətən müharibəsinin qəhrəman hərbçilərindən biri, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri …

Read More »