“Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq. DİM sədri deyib ki, may …
Read More »Azərbaycanda fevralın 1-dən məktəblər açılır – QƏRAR
Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə …
Read More »Məktəblərin fevralın 1-də açılmasına hazırlıq görülür
Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacağı gözlənilir. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, artıq məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən məktəblərə tapşırıq verilib. Belə ki, təhsil müəssisələrində tədrisin başlamasına hazırlıq işləri görülür. Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək. Sabah-yanvarın 22-də Təhsil …
Read More »Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama
Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib. Nazirlikdən qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır. “Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 …
Read More »Türk dilində təhsil yenidən gündəmdə: Layihə İran parlamentinə təqdim olundu
İranda türk dilinin orta və ali məktəblərdə tədris olunması məsələsi yenidən gündəmə gəlib. GAMOH-dan Cebhe.info-ya verilən məlumata görə, İran parlamentinin 29 azərbaycanlı deputatı bununa bağlı layihə hazırlayıb. Qeyd edək ki, İran konstitusiyasının 15 və 22-ci maddələrinə əsasən qeyri-fars dilləri orta və ali məktəblərdə tədris oluna bilər. Xatırladaq ki, Xalxaldan Seyid Qəni Nəzəri Xanqah, Təbrizdən Məhəmməd Hüseyin Fərhəngi, Əhər və Herisdən …
Read More »Ramiz Mehdiyev kafedra müdiri vəzifəsindən çıxarıldı
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsindən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, o, Akademiyanın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsindən azad edilib. Həmin vəzifəyə isə Dövlət İdarəçilik Akademiyasının “Elmi-Təşkilat” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.
Read More »Bakıda 5 mindən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri üzrə xüsusi iltizam forması imzalayaraq övladını məktəbə göndərməyən valideynlərin sayı 5 262 nəfərdir. Bu barədə BŞTİ-dən “Report”un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, yeni tədris ilindən etibarən I-IV siniflər üzrə əyani və distant (məsafədən) formada keçirilən dərslərə şagirdlərin davamiyyəti qənaətbəxşdir: “V-XI sinif şagirdləri isə tədrisə distant formada başlayıb. Övladlarını məktəbə göndərməyə ehtiyat edən …
Read More »Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir. Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz …
Read More »Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. Boyukmillet.com xəbər verir ki, ixtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu …
Read More »Ali məktəblərə ixtisas qrupları üzrə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2020-2021-ci tədrsi ili üzrə ali məktəblərə ixtisas qrupları üzrə müsabiqə şərtlərini açıqlayıb. Open.az-ın məlumatına görə, I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: – “Riyaziyyat”, “Fizika”, “Kompüter …
Read More »