Çərşənbə axşamı , 7 May 2024

Xarici siyasət

Nobel mükafatı laureatı: “İran Azərbaycandan üzr istəməlidir”

“Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik. Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə də İran üzr istəməlidir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Nobel mükafatı laureatı Şirin Ebadi X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasa ünvanladığı videomüraciətində qeyd edib. O, İran rejiminin anormal bir rejim olduğunu vurğulayıb: “İranın …

Read More »

İlham Əliyev: “Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb”

“İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib. “Ümid …

Read More »

İtaliya Prezidenti X Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb

İtaliya Prezidenti Sercio Mattarella “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, Forumda İtalıya dövlət başçısının müraciəti oxunub. İtaliyanın dövlət başçısı məktubunda Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb və Foruma uğurlar arzulayıb.

Read More »

Rəsmi Bakı Ermənistan XİN-ə cavab verib

Martın 8-də Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in ölkəmiz əleyhinə 8 mart tarixli saxta və yalan dolu …

Read More »

Bu gün X Qlobal Bakı Forumu başlayır

Bu gün Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edəcək. X Qlobal Bakı …

Read More »

Türkiyənin vitse-prezidenti Azərbaycan hökumətinə təşəkkür məktubu ünvanlayıb

Türkiyənin vtse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib. Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.

Read More »

İlham Əliyev: “Timor-Leste Prezidentinin Azərbaycana səfəri dostluq əlaqələrinin uğurlu davamını təmin edəcək”

“Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib. Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığını …

Read More »

Ayxan Hacızadə: “Fransa XİN bölgəmizdə baş verən təxribatlar barədə qərəzli mövqe nümayiş etdirir”

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib. Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 …

Read More »

Çin şirkətləri azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dəvət olunub

Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşündə bildirilib. Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verib. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib. Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş …

Read More »