Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Sahibə Qafarova Serbiyanın Baş naziri ilə görüşüb

Serbiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüşüb. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Baş nazir deyib ki, dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu qeyd edib: “Müsbət siyasi dialoq …

Read More »

Prezident: “Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur”

“Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib. “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə …

Read More »

Azərbaycan XİN İordaniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanı Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib. “Milli Gün münasibətilə İordaniya hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, İordaniya!”, – paylaşımda qeyd olunub.

Read More »

Korotçenko: “Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında səmimi və açıq dialoq gözləməyə dəyər”

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında səmimi və açıq dialoq gözləməyə dəyər, çünki İrəvan hər zaman əvvəlki öhdəliklərini yerinə yetirməməyə can atıb. Üstəlik, o, Azərbaycanı günahlandırmaqla yanaşı, vaxtı uzatmağa çalışıb”. Boyukmillet.com xəbər verir ki, bunu hərbi ekspert, Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib. Ekspert qeyd edib ki, bu həftənin əlamətdar hadisəsi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin …

Read More »

Rumıniya Prezidenti : “Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaşımızdır”

“Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. “Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu. Səmimi qarşılanmaya və …

Read More »

Prezident: “Rumıniya Azərbaycanla Aİ arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcək”

“Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcək”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla …

Read More »

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Zati-aliləri! Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram. Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan …

Read More »

Azərbaycanlı deputatlar Türkiyədə prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Ankara şəhərinə səfər edəcəklər. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da …

Read More »

Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident! Milli bayramınız – Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram. Allahdan Sizə möhkəm cansağlığı, …

Read More »