“Biz aprelin 11-də Ermənistan və Azərbaycan qoşunları arasında bir neçə itki ilə nəticələnən qanlı toqquşmadan təəssüflənirik”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirlər ABŞ Dövlət Departamentinin Ermənistanın aprelin 11-də Azərbaycanla şərti dövlət sərhədində törətdiyi təxribatla bağlı yaydığı açıqlamada əksini tapıb. Qeyd olunub ki, münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir: “Davamlı sülhün yeganə yolu danışıqlar masası …
Read More »Azərbaycan itkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə Dövlət Komissiyasından məlumat verilib. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası …
Read More »Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib
Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Qərbi Azərbaycan İcması ABŞ-ın dövlət katibinə məktub göndərib
Qərbi Azərbaycan İcması ABŞ-ın Dövlət katibi Antoni Blinkenə məktub yazaraq, Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, təhlükəsiz və ləyaqətlə qayıtmasına ABŞ-ın dəstək verməsini xahiş edib. Bu barədə İcmanın Mətbuat xidmətindən məlumat verilib. Məktubda bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını qorumaq üçün 1989-cu ildən bəri fəaliyyət göstərir. Qeyd olunub ki, azərbaycanlıların kompakt yaşayan yerli əhali kimi mühüm mövcudluğa …
Read More »Birinci vitse-prezidentin köməkçisi: “Ümid edirik ki, Ermənistan sülh prosesinə xələl gətirməyi dayandıracaq”
“Ümid edirik ki, Ermənistan sülh prosesinə xələl gətirməyi dayandıracaq və təhlükəli təxribatlardan çəkinəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsrailin “i24News” telekanalının jurnalisti Kristian Maların suallarını cavablandırarkən bildirib. “Regionda sabitliyi təmin etmək üçün təmkini saxlamaq vacibdir”, – deyə Birinci vitse-prezidentinin köməkçisi əlavə edib. 2020-ci il 44 günlük müharibədən sonra, Sovet İttifaqının dağılması ilə 1990-cı illərin əvvəllərində …
Read More »Hikmət Hacıyev İran səfiri ilə regional məsələləri müzakirə edib
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu iranlı diplomat tviterdə yazıb. “Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan konstruktiv danışıqlardan sonra mən də Hikmət Hacıyevlə səmimi və konstruktiv söhbət etdim. Ümid edirəm ki, başlayan prosesin yekun nəticəsi hər iki ölkənin və …
Read More »Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısına zəng edib, başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib. M.Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Telefon danışığı zamanı tərəflər …
Read More »Avropa İttifaqı Ermənistan və Azərbaycana çağırış edib
“Avropa İttifaqı aprelin 12-də Ermənistan-Azərbaycan sərhədinin Dığ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalardan təəssüflənir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) bəyanatında əksini tapıb. “Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə …
Read More »Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, nazirliyin sözçüsü Mariya Zaxarova aprelin 12-də keçirdiyi həftəlik brifinqdə deyib ki, sərhəddə atışma baş verəndən sonra Moskva vəziyyətin gərginləşməməsi üçün dərhal tədbirlər görüb. O qeyd edib ki, baş verənlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin vacibliyini göstərir: “Dünən Ermənistan-Azərbaycan sərhədində …
Read More »ATƏT sədri: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılması üçün bütün təşəbbüsləri dəstəkləyirik”
“ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, hazırda onun məqsədi sülh və təhlükəsizliyi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar