Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Azərbaycan səfiri etimadnaməsini İslandiya Prezidentinə təqdim edib

Azərbaycanın İslandiyadakı səfiri Elin Süleymanov İslandiya Prezidenti Qudni Yohannessona etimadnaməsini təqdim edib. Protokola uyğun olaraq səfir xüsusi müşayiət ilə Prezident iqamətgahı Bessastadir sarayına gətirilib. Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Prezident Qudni Yohannessona çatdırıb. E.Süleymanov Azərbaycanın İslandiyada səfir kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını …

Read More »

Pakistan Azərbaycanla iqtisadi əlaqələri genişləndirəcək

Pakistan və Azərbaycan işgüzar və iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəliblər. Bu barədə Boyukmillet.com Pakistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, bununla bağlı qərar çərşənbə günü İslamabadda Azərbaycanın səfiri Xəzər Fərhadovla Pakistanın federal iqtisadiyyat naziri Ayaz Sadiq arasında keçirilən görüşdə qəbul olunub. Pakistanın federal iqtisadiyyat naziri Azərbaycanda enerji sektorunda hökumətlərarası sazişin imzalanmasına köməklik göstərilməsi üçün daha çox əməkdaşlıq etmək arzusunda …

Read More »

ANAMA-nın nümayəndələri Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru ilə görüşüb

Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) tərəfindən təşkil edilən minatəmizləmə sahəsində “Bütün mümkün səylər” üzrə Qlobal seminarda iştirak edir. Boyukmillet.com xəbər verir ki, mayın 30-dan iyunun 3-dək keçiriləcək seminarın məqsədi minatəmizləmə üzrə beynəlxalq təşkilat nümayəndələrinin bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, eldə edilən yeni metodologiyaların tətbiq edilməsidir. Seminar çərçivəsində Agentlik nümayəndələri Bosniya və Herseqovina, Kolumbiya, İordaniya, …

Read More »

Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Boyukmillet.com məktubu təqdim edir: “Azərbaycan Respublikasının PrezidentiZati-aliləricənab İlham Əliyevə, Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz …

Read More »

Ərdoğan: “Azərbaycanın Müstəqillik Gününü göz qamaşdıran festivalla taclandırdıq”

“Artıq bir “Akınçı” məsafəsində olan can Azərbaycanda “Texnofest” festivalında azərbaycanlı qardaşlarımızın “Bir millət, iki dövlət, tək festival” şüaurı ilə necə qucaqlaşdıqlarının şahidi olduq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) ölkə parlamentindəki qrup toplantısında çıxışı zamanı deyib. “Azərbaycanlı qardaşlarımızın 28 May – Müstəqillik Gününü hər mənada göz qamaşdıran texnologiya festivalı ilə taclandırdıq. …

Read More »

Ceyhun Bayramov Bolqarıstanın Baş naziri ilə görüşüb

Bolqarıstana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Baş naziri Kiril Petkov ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Baş nazir Azərbaycan xarici işlər nazirini salamlayaraq, cari səfərin əhəmiyyətini qeyd edib. Azərbaycanın Bolqarıstan üçün çox önəmli bir vaxtda enerji sahəsində ölkəyə yardım etdiyini səsləndirən Baş nazir Kiril Petkov Azərbaycan Prezidenti İlham Əliyevin bu xüsusda rolunu vurğulayıb …

Read More »

İlham Əliyev: “Azərbaycan qazına olan tələbat kəskin artıb”

“Azərbaycan qazına olan tələbat kəskin artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib. Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb. “SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə …

Read More »

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib. Səfər Ermənistanla Azərbaycan arasında sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində danışıqların, gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi, Aİ-nin tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyi çərçivəsində …

Read More »

Ersin Tatar Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə KKTC-nin Bakıdakı Nümayəndəliyindən məlumat verilib. Ersin Tatarın təbrik mesajında deyilir: “Can Azərbaycanın azadlığına qovuşduğu, suverenliyini əldə etdiyi Müstəqillik Gününün ildönümüdür.  Azərbaycan dövləti ilə və azərbaycanlı qardaşlarımızla əlaqələrimizin hər sahədə daha da irəliyə getməsi, Azərbaycan və KKTC arasında sosial və …

Read More »