Cümə , 10 May 2024

Xarici siyasət

İlham Əliyev: “Azərbaycan qazına olan tələbat kəskin artıb”

“Azərbaycan qazına olan tələbat kəskin artıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib. Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb. “SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə …

Read More »

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib. Səfər Ermənistanla Azərbaycan arasında sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində danışıqların, gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi, Aİ-nin tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyi çərçivəsində …

Read More »

Ersin Tatar Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə KKTC-nin Bakıdakı Nümayəndəliyindən məlumat verilib. Ersin Tatarın təbrik mesajında deyilir: “Can Azərbaycanın azadlığına qovuşduğu, suverenliyini əldə etdiyi Müstəqillik Gününün ildönümüdür.  Azərbaycan dövləti ilə və azərbaycanlı qardaşlarımızla əlaqələrimizin hər sahədə daha da irəliyə getməsi, Azərbaycan və KKTC arasında sosial və …

Read More »

Ceyhun Bayramov Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstana rəsmi səfəri çərçivəsində mayın 31-də bu ölkənin Milli Assambleyasının sədri Nikola Minçev ilə görüşüb. XİN-dən verilən məlumata görə, N.Minçev səfərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət töhfə verəcəyini qeyd edib. C.Bayramov iki ölkə arasında baş tutan ikinci strateji dialoq görüşü çərçivəsində faydalı fikir mübadiləsinin aparıldığını bildirib. Nazir parlament ölçüsünün ikitərəfli əlaqələrin vacib istiqamətini təşkil …

Read More »

Emmanuel Makron Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. 2022-ci il önəmli bir ildir, Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Ötən illər ərzində biz möhkəm ikitərəfli əlaqələr, …

Read More »

İlham Əliyev Vladimir Putinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Boyukmillet.com xəbər verir ki, telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının …

Read More »

İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunulub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulanıb. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla …

Read More »

XİN başçısı: “Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”

“Bolqarıstan Avropada Azərbaycan qazının üç alıcısından biridir. Əminik ki, Yunanıstanla əlaqə yaxın vaxtlarda tamamlanacaq və Bolqarıstan onun vasitəsilə Azərbaycan qazını almağa başlayacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bolqarıstanlı həmkarı Teodora Gençovska ilə görüşdən sonra deyib. “Bu, dəyişən dövrdə Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”, – XİN başçısı qeyd edib.

Read More »

Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gələn həftə Türkiyəyə səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Gələn həftə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian, Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, eyni zamanda, Şimali Makedoniya, Rusiya, Almaniya və Niderlandın XİN başçıları da Türkiyəyə səfər edəcək”, – nazir bildirib.

Read More »

Türkiyə Almaniya və Fransaya nota verib

Türkiyə Almaniya və Fransaya nota verib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib. “Son günlərdə PKK simvollarının əks olunduğu əski parçaları ilə keçirilən aksiyalara gəlincə, ötən gün Almaniya və Fransa səfirlərini Xarici İşlər Nazirliyinə çağıraraq sərt reaksiyamızı bildirdik və hər ikisinə notanı təqdim etdik”, – XİN başçısı vurğulayıb. Xatırladaq ki, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransa …

Read More »