Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Bolqarıstan Baş naziri Azərbaycana səfərə gəlir

Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq. Boyukmillet.com “Radio Bulgaria”ya istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə məlumat verib. Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. “Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, – Bolqarıstanın Baş naziri deyib.

Read More »

Ceyhun Bayramov və Sergey Lavrov üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar

İyulun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb. Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir …

Read More »

ABŞ Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib

ABŞ Dövlət Departamenti Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir: Hesabatda bildirilib ki, hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş …

Read More »

Türkiyənin ailə və sosial xidmətlər naziri ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık Fəxri Xiyabanda ümmilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib. Nazir Dərya Yanıkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müşayiət edib. Şəhidlər Xiyabanını ziyarət edən nazir şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, Əbədi Məşəl abidəsi önünə əklil …

Read More »

Ceyhun Bayramov Avropa Komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə Məsələləri üzrə Komissarı Oliver Varhelyi tviterdə yazıb. Görüşdə Cənubi Qafqazdakı vəziyyət, Ukraynadakı müharibə, enerji məsələləri müzakirə olunub. “Bu çətin dövrlər Aİ-Azərbaycan enerji tərəfdaşlığını Komissiyanın illərdir üzərində işlədiyi ikitərəfli münasibətlərin əsas mərkəzinə qoyub”, …

Read More »

XİN Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası barədə məlumat yayıb

Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. İclas zamanı, Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər …

Read More »

Türkiyəli nazir: “Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bütün dünyaya nümunədir” – FOTO

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık Fəxri Xiyabanda ümmilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.  Boyukmillet.com xəbər verir ki, nazir Dərya Yanıkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müşayiət edib. Şəhidlər Xiyabanını ziyarət edən nazir şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, Əbədi …

Read More »