Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, 15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir. Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri: Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5 Telefon: (+98 21) 22 59 62 …

Read More »

Rəsmi Bakı Blinkenin çağırışını rədd edir

“Blinken Azərbaycanda azadlıqlarının qorunması ilə bağlı vəziyyəti təhrif edir” Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət katibi Entoni Blinkenin Bakını siyasi məhbusları dərhal azad etməklə bağlı çağırışına cavab verib. XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Entoni Blinken Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edir. O əlavə edib ki, XİN Blinkenin Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə …

Read More »

Blinken Bakını siyasi məhbusları dərhal azad etməyə çağırdı

“Biz Azərbaycan hökumətini üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq” ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan hökumətini həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu və Meydan TV-nin əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırıb. Bəyanatda deyilir ki, ABŞ təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır: Rüfət …

Read More »

Türkiyə səfiri Heydər Əliyevlə bağlı paylaşım etdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib. “Qardaş Azərbaycanın Ulu Öndəri, “Bir millət, iki dövlət” anlayışının fikir atası Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmətlə və hörmətlə anırıq”. https://x.com/cahitbagci/status/1867093206300869022/photo/1

Read More »

Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak etməkdir. Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, “Türk Şəhidliyi” abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur. Fuat Oktay həmçinin Azərbaycan …

Read More »

Lavrov: “2014-cü ildəki çevriliş olmasaydı, Krım Ukraynanın bir hissəsi olardı”

Rəsmi Kreml baş verənlərə görə Ukrayna xalqını günahlandırıb Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2014-cü ildəki çevriliş olmasaydı, Krım Ukraynanın bir hissəsi olardı. Bu barədə rusiyalı diplomat amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb. “2014-cü ilin fevralında dövlət çevrilişi olmasaydı və bir gün əvvəl ovaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Krım Ukraynanın bir hissəsi …

Read More »

Ermənistan Blinkenin görüş təklifinə “hə”, Azərbaycan isə “yox” dedi

Hökumətyönlü media yazır ki, Bakı ABŞ-nin sülh gündəliyində iştirakını istəmir Ermənistan ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ararat Mirzoyanla Ceyhun Bayramovun Maltada görüşünə razılıq verib. Bu barədə dekabrın 5-də Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, dekabrın 4-də Ermənistan ATƏT Nazirlər Şurası çərçivəsində xarici işlər nazirlərinin görüşünün planlaşdırılmadığını açıqlamışdı. Ancaq Azərbaycan Xarici İşlər …

Read More »

Türkiyənin 60-dan çox deputatı Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir. “Report”a bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib. Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər. Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.

Read More »

Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib

Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.”Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas …

Read More »

Ermənistan çətin durumda: BMT-də Ermənistanda azərbaycanlılar və türklərə qarşı nifrət zəminində çıxışlar müzakirə edilir

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə baxılıb. Boyukmillet.com-un məlumatına görə, Ermənistan üzrə məruzəçi Yeung Sık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb. Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq …

Read More »