Bazar , 11 Yanvar 2026

Xarici siyasət

Yuri Qusev: Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da belə olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirilən ilk mətbuat konfransında deyib. “Bu prinsip ərazisinin bir hissəsi müvəqqəti işğal altında olan dövlətimiz üçün əsasdır”, – o vurğulayıb.

Read More »

Səfir: Ukraynanın bərpasında göstərdiyi yardımlara görə Azərbaycana minnətdarıq

Ukrayna humanitar yardıma və enerji infrastrukturunun bərpasına dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdardır. Boyukmillet.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıda keçirdiyi ilk mətbuat konfransında deyib. “Bu dəstəyi çox yüksək qiymətləndiririk və buna çox ehtiyacımız var. Əməkdaşlığı genişləndirəcəyimizə ümid edirik”, – diplomat bildirib.

Read More »

ABŞ-nin müvəqqəti işlər vəkili Masallı folklor festivalında olub

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara “Azər Corab” sosial sahibkarlıq layihəsinin təşkil etdiyi Masallı folklor festivalında olub. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ səfirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. “ABŞ səfirliyinin dəstəyi ilə “Azər Corab”ın təsisçisi Kifayət Talıbzadə iştirakçılara əl işləri istehsalı və sahibkarlıq üzrə təlimlər keçib”, – məlumatda qeyd edilib. Müvəqqəti işlər vəkili Hüqo Gevara @AzerJorab sosial …

Read More »

XİN-dən Aİ rəsmisinin bəyanatına reaksiya: “Qərəzli və qəbuledilməzdir”

Rəsmi Bakı ittihamları qəbul etmir Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bəyanatına reaksiya verib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Peter Stanonun söylədiklərini qərəzli və qəbuledilməz adlandıraraq rədd etdiklərini bildirib. Avropa İttifaqının dünənki bəyanatında İlham Əliyevin mayın 25-də imzaladığı əfv sərəncamına diqqət yönəldilmişdi. Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata …

Read More »

Fransa səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “X” paylaşım edib. “Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!”, – deyə paylaşım edib. Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.Azərbaycana sülh və …

Read More »

İran XİN: Azərbaycanla əlaqələr düzgün istiqamətdə inkişaf edir

İranın Azərbaycanla əlaqələri düzgün istiqamətdə inkişaf edir. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. “Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası iki ölkə arasında əməkdaşlıq və əlaqələrin inkişafında razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həllini tapacaq”, – o qeyd edib.

Read More »

NATO PA-nın yaz sessiyasında müzakirə ediləcək məsələlər açıqlanıb

Mayın 25-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində NATO Parlament Assambleyasının (PA) yaz sessiyası öz işinə başlayıb. Bu barədə “Report”a Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən məlumat verilib. Qeyd olunub ki, mayın 27-dək davam edəcək sessiyada Alyansa üzv 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər. Sessiyanın komitə iclasları çərçivəsində Ukraynada vəziyyət, iqlim və enerji təhlükəsizliyi, Qara dəniz regionunun təhlükəsizliyi, NATO-nun yeni müdafiə …

Read More »

Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış edirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Kamerun xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Read More »

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistan Silahlı Qüvvələrinin 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Read More »