Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən beşi artıq cəzasını alıb. Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, fevralın 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib. Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var. Belə ki, məhkəmənin qərarı ilə …
Read More »Azərbaycan BMT-də Ukrayna ilə bağlı səsvermədə yenə də iştirak etməyib
Fevralın 24-də BMT Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin dördüncü ildönümündə “Ukraynada davamlı sülhə dəstək” adlı qətnamə qəbul edib. Ukraynanın suverenliyi, müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü təsdiqləyən sənədin lehinə 107 ölkənin nümayəndəsi səs verib. Qətnamənin əleyhinə 12 dövlət – Rusiya, Belarus, Burkina-Faso, Burundi, Kuba, Şimali Koreya, Eritreya, İran, Mali, Niger, Nikaraqua və Sudan səs verib. Daha …
Read More »Azərbaycan Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah …
Read More »Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb. Nazirlər Kabinetindən verilən məlumata görə, Bakıda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Toplantıya Baş nazirin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqin sədrli ediblər. İclasda Azərbaycan və İran arasında münasibətlərin ortaq tarixi, mədəni və dini dəyərlər, dostluq və qonşuluq prinsipləri …
Read More »Mexikodakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına MÜRACİƏT
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı Mexikodakı səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi …
Read More »Bakıda beynəlxalq konfrans BAŞLADI
Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk dəfə olaraq müstəmləkə ərazilərində yerli əhali ilə bilavasitə ərazidə işləyən antropoloqlar və psixoterapevtlər, həmçinin bu ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar qatılırlar. Bugünkü konfransda iştirakçıların müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəçiliyə məruz qalmış xalqların travmatik və sosial təcrübəsinin öyrənilməsi ilə …
Read More »Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na qoşulur
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın ratifikasiyası ilə bağlı qanun layihəsi müzakirə olunub. Məlumata görə, Azərbaycan Konvensiyaya xüsusi bəyanatla qoşulacaq. Bildirilib ki, Ermənistanla münasibətlər normallaşanadək Konvensiyanın müddəaları Ermənistanla münasibətlərə şamil edilməyəcək. Qanun layihəsinin yaxın günlərdə parlamentin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir. 2024-cü ildən etibarən Azərbaycan Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan …
Read More »Azərbaycanın Ermənistana yanvardakı ixracının ümumi dəyəri açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Boyukmillet.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib. Ötən ay Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib. Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Daha sonra bu il …
Read More »Serbiyanın “Politika” ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
Serbiyanın “Politika” ictima-siyasi qəzetində Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhəri haqqında məqalə dərc olunub. “Report”un Balkan bürosu xəbər verir ki, “Kranlar və minalar arasında – Qafqazın Xirosiması” başlıqlı reportajda əsasən Ağdamdan bəhs olunur. Reportajda Ağdamın işğaldan əvvəlki vəziyyəti, əhalisinin sayı, Ermənistanın işğalı dövründə xarabalıqlara çevrilərək, “ruhlar şəhəri” adlandırılması və işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa quruculuq …
Read More »Oman səfirliyində gizli görüş: ABŞ və İranın nüvə bazarlığı sabah başlayır!
İran və ABŞ arasında nüvə proqramı üzrə növbəti dolayı danışıqların dəqiq məkanı və tarixi bəlli olub. Boyukmillet.com xəbər verir ki, “Mehr” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı xəbərə görə, tərəflər 17 fevral (sabah) tarixində İsveçrənin Cenevrə şəhərində, Oman Sultanlığının səfirliyində bir araya gələcəklər. Görüşün detalları:Məkan: Omanın Cenevrədəki səfirliyi (neytral və məxfi zona). Format: Dolayı danışıqlar (nümayəndə heyətləri fərqli otaqlarda oturacaq, mesajlar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar