Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Rusiya XİN başçısı: “Azərbaycan öz ərazilərini geri qaytarıb”

“Azərbaycan öz ərazilərini geri qaytarıb”. “Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Read More »

İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »

İran məzhəbçiliyinə qarşı Azərbaycan millətçiliyi – Deputatlardan maraqlı və vacib təkliflər

Hər dəfə İranın Azərbaycana ideoloji hücumu, hərbi hədəsi artdıqca, milli qüvvələrin fəaliyyətinə şərait yaradılması haqda təklif səsləndirilir. Son terror olayından sonra bu təklif yenə səsləndirilir. Deyilir ki, milli ideologiya daşıyıcıları olan şəxslərin fəaliyyəti stimullaşdırılmalıdır, onların hətta Milli Məclisdə təmsilçiliyinə şərait yaradılmalıdır. İranın və başqa ölkələrin Azərbaycandakı yad ünsürlərinin ölkəmizdə fəaliyyətini yalnız bu yolla zəiflətmək olar. Sabir Rüstəmxanlı: “Dünyanı gəzib, millətin …

Read More »

Prezident səfirliyimizdə törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını bildirib

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının hazırda Azərbaycan tərəfindən hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri …

Read More »

İlham Əliyev: “Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri ciddi tədbir görməyib”

Prezident İlham Əliyev bildirib ki, Tehranda terror hadisəsi prosesi xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri hər hansı ciddi tədbir görməyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən danışıb. Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında …

Read More »

İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. …

Read More »

Moskva Azərbaycan və Ermənistan XİN-ləri arasında sülh danışıqları təşkil etməyə hazırdır

Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında iki ölkə arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır. “Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığında bildirilib. Diplomatlar Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli yollarını müzakirə ediblər. “Rusiya, Azərbaycan və Ermənistan …

Read More »

Türkiyənin və Gürcüstanın baş konsulları şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi Gəncə şəhərindəki ata evində davam etdirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmilər şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı veriblər. Törədilən …

Read More »

Azərbaycan XİN İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana səyahət etmək istəyənlərə xəbərdarlıq edib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin yaydığı xəbərdarlıq mətnində deyilir: Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb. İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və …

Read More »

Azərbaycanın NATO-dakı nümayəndəsi: “Ermənistan Laçın yolundakı durumla bağlı dünyanı aldada bilməz”

“Ermənistan Laçın yolundakı durumla bağlı dünyanı aldada bilməz”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazın. O bildirib ki, Ermənistanın Laçın yolunun blokadaya alınmasına dair iddiaları yalandır: “Onların heç bir sübutu yoxdur”. Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 51 gündür davam edir. Belə ki, Şuşa ərazisində …

Read More »