Cümə axşamı , 19 Fevral 2026

Xarici siyasət

Almaniya Azərbaycan tərəfinə üzrxahlıq edib

Almaniya Prezidenti Administrasiyası bu ölkənin Prezidentinin sosial media profilində yerləşdirilmiş postla bağlı Azərbaycan tərəfinə üzrxahlıq edib. Boyukmillet.com bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Qeyd edək ki, Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar …

Read More »

Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb

Martən 31-də Almaniyanın Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə  Azərbaycan Xarici İşlər Naziriyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz …

Read More »

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik edib

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı səfirliyin “X”dəki hesabında paylaşım edilib. “Amerika Birləşmiş Ştatları adından Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Bu mübarək ayın sonunda sizə və sevdiklərinizə sülh, sevinc və firavanlıq arzulayıram. Ramazan bayramınız mübarək!”, – paylaşımda qeyd edilir.

Read More »

Türkiyənin vitse-prezidenti Azərbaycan Baş nazirinə məktub ünvanlayıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Baş nazir Əli Əsədova məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Baş nazir, əziz qardaşım, doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrik məktubunuz üçün Sizə təşəkkür etmək istəyirəm. Qarşılıqlı yüksək səviyyəli intensiv səfərlərimiz və təmaslarımız, ölkələrimiz arasında müstəsna qardaşlıq əlaqələrimizin və gündən-günə inkişaf edən əməkdaşlığımızın ruhunu əks etdirir. Prezident İlham Əliyevin bir müddət əvvəl ölkəmizə …

Read More »

BMT-nin İnsan Hüquqları Şurasında Qərbi Azərbaycandan olan uşaqlarla bağlı məsələ qaldırılıb

BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Münaqişə bölgələrində uşaqların hüquqları” adlı yan tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən diplomatik korpusun təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı-alimlər iştirak edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev münaqişələrin zərbə vurduğu əsas qrupun məhz uşaqlar olduğunu bildirib. O, Qərbi Azərbaycandan …

Read More »

BTQ ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) və “Qvadelupa Azadlığı uğrunda Xalq İttifaqı” (L’Union populaire pour la libération de la Guadeloupe, UPLG) partiyası Anlaşma Memorandumu imzalayıblar. Boyukmillet.com xəbər verir ki, imzalanma BTQ-nin təşkil etdiyi “Kolonializm: dini-milli kimliyin kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində baş tutub. Memorandumu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Qvadelupanın Azadlığı uğrunda Xalq İttifaqının (UPLG) baş katibi Jan Jakop Bisep imzalayıb. Foto: …

Read More »

Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır

Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq. “Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib. “Vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan …

Read More »

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi heç bir nəticə verməyəcək

Ermənistanın Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat …

Read More »

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar. Boyukmillet.com müraciəti təqdim edir: -Hörmətli Baş nazir, Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə …

Read More »

BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın mina problemi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi açılıb. “Report”un ABŞ bürosu xəbər verir ki, sərgi Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Burada azad edilmiş ərazilərdə aşkarlanan mina və partlamamış sursatları əks etdirən 40-dan çox foto nümayiş olunur. Sərgidə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin …

Read More »