Çərşənbə , 11 Mart 2026

Xarici siyasət

Münxendən dünyaya mesaj: Azərbaycan yeni geosiyasi oyunun əsas aktoruna çevrilir

Qlobal təhlükəsizlik sisteminin transformasiya olunduğu və yeni geosiyasi balansların formalaşdığı bir mərhələdə 62-ci Münxen Təhlükəsizlik Konfransı xüsusi əhəmiyyət kəsb edib. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional sabitlik məsələləri builki müzakirələrin əsas xəttini təşkil edib. Cənubi Qafqazda postmünaqişə dövrünün reallıqları isə beynəlxalq diqqət mərkəzində olub. Bu kontekstdə Azərbaycanın təşəbbüsləri, xüsusilə Trans-Xəzər istiqamətində irəli sürdüyü əməkdaşlıq modeli strateji platformalarda müzakirə mövzusuna …

Read More »

19 azərbaycanlı ekspert həmkarları ilə görüşmək üçün ilk dəfə quru sərhədi ilə Ermənistana gedib

JAMnews-un materialı Tavuş–Qazax istiqamətində Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasından sonra ilk dəfə olaraq fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin 19 nümayəndəsi quru yolla Ermənistana gedib. Yayımlanan videoda onların bütün zəruri prosedurlardan keçərək sərhədi piyada keçdikləri göstərilir. “Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addımdır”, — dərin ekspert araşdırmaları və təhlillər üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı olan Armenian Council-un bəyanatında deyilir. https://youtube.com/watch?v=XoTXEGjdWmY%3Ffeature%3Doembed Bildirilir ki, …

Read More »

NATO Azərbaycanı çağırır – Bakının CAVABI

Avstriyada NATO üzrə siyasət və təhlükəsizlik məsələləri ilə məşğul olan ekspert Günter Fehlinger Azərbaycanın NATO-ya mümkün üzvlüyü ilə bağlı sensasion təşəbbüs irəli sürüb. Musavat.com xəbər verir ki, Fehlinger Avstriyada fəaliyyət göstərən təhlükəsizlik siyasəti üzrə analitik və NATO-nun genişlənməsi mövzusunda fəal tərəfdar olaraq tanınır. O hesab edir ki, Azərbaycan artıq uzun illərdir NATO ilə əməkdaşlıq edir, tərəfdaşlıq proqramlarında iştirak edir və regionda …

Read More »

“Rusiya Qafqazdan sakitcə çəkilməyəcək…” – Kremldən Zəngəzur və AES təhdidi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini İrəvanla müzakirə etməyə hazır olduqlarını deyib. Diplomat bildirib ki, “Tramp yolu” layihəsi ilə bağlı Kremlin mövqeyi dəyişməzdir. “Ermənistan-Amerika təşəbbüsünün təfərrüatı hələ də öyrənilməlidir. Həm parametrləri, həm də Rusiyanın mümkün iştirakını bu və ya digər şəkildə müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq”, – o qeyd edib. Qaluzin …

Read More »

Bakı və Əbu-Dabinin qardaşlaşması ilə bağlı memorandum imzalandı

Bakı və Əbu-Dabi arasında fevralın 11-də qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə  Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib. Bildirilib ki, memorandum Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb. Nümayəndə heyəti BŞİH-nin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün iki ölkə …

Read More »

“Euronews” avtoritar rejimlərdən, o cümlədən Azərbaycandan pul almaqda ittiham olunur

Avropanın beynəlxalq xəbər kanalı “Euronews” avtoritar rejimlərlə əməkdaşlıqda və bu ölkələrdən maliyyə asılılığı yaratmaqda ittiham olunur. Bu barədə “Euractiv” nəşrinin yayımladığı araşdırmada qeyd olunur ki, “Euronews” son illərdə ciddi maliyyə çətinlikləri yaşadıqdan sonra kommersiya modelini dəyişib və gəlir əldə etmək üçün mətbuat azadlığının məhdud olduğu ölkələrlə tərəfdaşlıqlara üstünlük verməyə başlayıb. Məqalədə bildirilir ki, “Euronews” kanalı Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə kommersiya …

Read More »

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin …

Read More »

Rusiya taxılı daşıyan yük qatarı Azərbaycandan keçməklə Ermənistana göndəriləcək

Rusiya taxılı daşıyan növbəti yük qatarı Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək. Boyukmillet.com xəbər verir ki, 8 vaqondan ibarət qatar fevralın 4-də yola salınacaq. Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu (19 min 900 tona yaxın) taxıl göndərilib.

Read More »

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Boyukmillet.com xəbər verir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər. …

Read More »

Yük qatarı Biləcəridən çıxdı: Rusiya buğdası Ermənistana gedir – VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar yola salınıb. Boyukmillet.com xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib. Məlumata əsasən, qatar Azərbaycan ərazisindən sonra Gürcüstan üzərindən tranzit …

Read More »