Şənbə , 18 Yanvar 2025

Xarici siyasət

NATO-nun Baş katibi Azərbaycana səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, o, səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək, Azərbaycanla Şimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək. Qeyd edək ki, daha əvvəl Y.Stoltenberq tezliklə Gürcüstana səfər etməyi planlaşdırdığını açıqlamışdı.

Read More »

İlham Əliyev İsrailin sabiq xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də İsrailin sabiq xarici işlər naziri Tzipi Livnini qəbul edib. Boyukmillet.com-un məlumatına görə, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirdə xeyli sayda qonağın iştirak etdiyi və təmsil olunan beynəlxalq institutların sayının artmasının önəmi vurğulandı. Bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Tzipi Livninin Qlobal Bakı Forumunda ənənəvi olaraq iştirak …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bu gün imzalanan Bakı bəyannaməsi …

Read More »

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb

Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib. O vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir. Nazir bildirib ki, bu gün Türkiyə və Gürcüstandan olan həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi, …

Read More »

Avropa Məhkəməsi Azərbaycandan göndərilən 10 şikayətlə bağlı qərarlarını açıqladı

Ərizələr ifadə azadlığı hüququnun pozulması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycandan göndərilmiş 10 ərizə ilə bağlı 6 qərardadını elan edib. Ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır. “Eldəniz Quliyev Azərbaycana qarşı”, – iş tanınmış ictimai fiqurlardan olan …

Read More »

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində çalışan mühasibin həbsinə qərar verilib

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində çalışan mühasibin həbsinə qərar verilib Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyində 15 il mühasib çalışmış Zərifə Abbasovanın həbsinə qərar verilib. Martın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar çıxarılıb. Bir ilə yaxındır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasovanın işinə baxılır. O, AB-nin Azərbaycandakı səfiri Peter Mixalko və nümayəndəliyin digər məsul şəxslərinin imza və möhüründən yaralanıb bir milyon manata …

Read More »

Avropa Parlamenti Aİ-ni Ermənistana üzvlük statusu verməyə çağırır

Qətnamədə Bakının Yerevana təhdidləri də pislənilir Martın 13-də Avropa Parlamentində “Avropa İttifaqı (Aİ) və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul olunub. Qətnamədə Ermənistanın Aİ ilə münasibətlərini gücləndirmək istəyi alqışlanır. Həmçinin Avropa İttifaqının icra orqanlarını, Avropa Komissiyasını və Avropa Şurasını bu arzuya müsbət cavab verməyə çağırırlar. Qətnamənin lehinə 504, əleyinə 4 nəfər …

Read More »

İlham Əliyev: Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib

Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Boyukmillet.com-un məlumatına görə, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”, – deyə dövlətimizin başçısı bildirib.

Read More »

Azərbaycan Prezidenti: İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq

İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

Read More »