Çərşənbə axşamı , 4 Mart 2025

Xarici siyasət

Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayan Fransa tərəfindən istifadə edilib

Azərbaycanda casusluqda ittiham olunaraq saxlanılan Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə onun atası Riçard Rayan “Agence France-Presse” (AFP) agentliyinə danışıb. “Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib”, – R.Rayan deyib. Qeyd edək ki, Martin Rayan 2023-cü ilin …

Read More »

ABŞ səfirliyi Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib

ABŞ səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib. “Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, – bildirilib. Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş …

Read More »

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Azərbaycana səfəri başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 9-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıb.

Read More »

Qazaxıstan Prezidenti Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq. Bu barədə “Report”a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib. O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq. Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

Read More »

Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub. Boyukmillet.com xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed …

Read More »

Cari ayın sonu Azərbaycan-Ermənistan delimitasiya komissiyalarının iclası keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib. Qriqoryan söyləyib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim edib.

Read More »

Azərbaycanda həbsdə olan Fransa casuslarından birinin kimliyi məlum olub

Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır. Boyukmillet.com-un xəbərinə görə, bu barədə erməniəsilli fransız jurnalist Leo Nicolian yanvarın 7-də “X” (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib. O qeyd edib ki, M.Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham …

Read More »

Nəsimi Ağayev: “Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı qeydiyyata düşmürlər”

Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq qeydiyyatına düşmürlər. Bu barədə “Report”a müsahibəsində Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev danışıb. “Almaniyadakı azərbaycanlı icmasının dəqiq sayı barədə məlumat vermək bir qədər çətindir. Belə ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı səfirliyimizdə konsulluq qeydiyyatına düşmürlər”, – deyə diplomat bildirib. Ancaq səfir onu da əlavə edib ki, …

Read More »

Perunun yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Read More »

Ötən il Almaniya 677 Azərbaycan vətəndaşına sığınacaq verməkdən imtina edib

Ötən il 1438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib. Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. Qeyd olunub ki, keçən il ümumilikdə 1222 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 53-ü qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 6 nəfərin deportasiya qərarı ləğv edilib, 10 nəfər isə …

Read More »