Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Ermənistanın sabiq naziri: “Bu isə Azərbaycanın Qarabağı geri qaytarması deməkdir…”

“Ermənistanın indiki hakimiyyətinin Qarabağ probleminin həlli istiqamətində aktiv fəaliyyət göstərəcəyinə böyük ümid bəsləmirəm. Çünki yeni hakimiyyətin Qarabağla əlaqədar verdiyi bəyanatlar bir-birinə ziddiyyət təşkil edir. Əslində, nə baş verir? İndiki hakimiyyət danışıqlar prosesində “taym-aut” siyasətini yürütməyə başlayıb”.

Avropa.info xəbər verir ki, bu fikri Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan yerli mətbuata açıqlamsında deyib.

Onun sözlərinə görə, aprel döyüşlərindən sonra İrəvan danışqılarda təmas xəttində atəşkəs rejiminə ciddi nail olunması mexanizminin tətbiq olunmasına çalışır: “Lakin iyunun 14-də Brüsseldə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə isə bununla bağlı ümumiyyətlə xırda bir detal müzakirə edilməyib. Bu isə Ermənistan üçün çox böyük itkidir”.

Şahnazaryan əlavə edib ki, əgər ATƏT MQ həmsədrlərinin Brüssel bəyanatına diqqət yetirilsə, rəsmi Bakının təkidlə tələb edib, bəyan etdiyi “substantiv danışıqlar” formulu öz əksini tapıb: “Bununla da Azərbaycan tərəfi danışıqlarda ciddi uğur əldə edib. Bu isə torpaqların geri qaytarılması deməkdir”.

Şahnazaryan Ermənistanın yeni hakimiyyətini Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı konsepsiyasının olmamasında ittiham edib.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir