Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Türkiyə Naxşıvanda hərbi baza yarada bilərmi?

Ermənilərin çox vaxt qorxudan, bölgədə özlərinin xeyrinə cərəyan etməyən proseslər barədə haray-həşir salmaq xisləti həmişə özünü müxtəlif vaxtlarda göstərib. Düşmən adəti üzrə belə vaxtlarda böyük qardaşına yalvarmağa başlayır.

Bu dəfə erməniləri təşvişə salan Türkiyənin Naxçıvanda hərbi baza yaratmaq istəməsi barədə dolaşan xəbərlərdir. Onu da qeyd edək ki, bununla bağlı nə Azərbaycan, nə də Türkiyə rəsmi məqamlarından hər hansı məlumat, niyyət, bəyanat verilməyib. Lakin erməni siyasi ekspertləri adəti üzrə “qara məni basınca…” prinsipinə sadiq qaldıqlarını nümayiş etdirirlər…

“Rusiya Türkiyənin Qafqaza girməsinə izn verməz”,- politoloq Stepan Səfəryan 1-ci informasiya saytına deyib.

Erməni ekspert Türkiyənin hər nə qədər Azərbaycan ordusunu silahları, təlimçiləri və müşavirləri ilə dəstəkləsə də rəsmi olaraq hərbi mövcudluğunu təsbit etdirə bilməyəcəyini söyləyib.

Картинки по запросу stepan safaryan

Stepan Səfəryan

“Hesab edirəm ki, Türkiyə bu informasiyanı qəsdən ortaya atmaqla Rusiyanın reaksiyaısnı öyrənmək istəyib. Mən türklərin belə bir addıma gedə biləcəklərini zənn etmirəm. Çünki bu Türkiyə və Rusiya arasındakı strateji layihələri təhlükə altına qoya bilər. Türkyə çətin ki, Naxçıvana girmək üçün Rusiyanın icazəsini ala bilsin”,- S.Səfəryan bildirib.

Ermənistanda Azərbaycan üzrə ekspertlərdən sayılan Tatev Ayrapetyan da məsələnin hələlik mətbuat səviyyəsində dilə gətirildiyini qeyd edir.

“Lakin Türkiyənin adım-addım Naxçıvanda mövqelərinin gücləndirdiyi göz önündədir. Ankara artıq Naxçıvana dəmiryol çəkiləcəyini bəyan edir. Dəmiryolun tikintisi Türkiyənin Naxçıvandakı gücünün artması anlamına gələcək”,- Ayrapetyan deyib.

Картинки по запросу tatev ayrapetyan

Tatev Ayrapetyan

Buna rəğmən erməni politoloq Türkiyənin Naxçıvanda hərbi baza qurmaslnl real hesab etmədiyini, buna regionda öz maraqlarını güdən və muxtar respublikanın türk qalasına çevrilməsinə yol vermək istəməyən Rusiyanın razı olmayacağını söyləyib.

Erməni ekspert Naxçıvanda Türkiyənin hərbi mövcudluğunun vaxtilə marşal Yevgeni Şapoşnikovun 1993-cü ildə dediyi sözlərindən sitat gətirərək, hətta “3-cü dünya müharibəsinə gətirib çıxaracaq dərəcədə” hadisə olacağını vurğulayıb. (Musavat.com)

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir