Ötən gün İsveçdə parlament seçkilərinə namizədliyini irəli sürmüş azərbaycanlı qadınlar millət vəkili seçilib.
Bu barədə İnterpress.az-a Azərbaycan Diasporu İnformasiya Mərkəzindən (ADİM) məlumat verilib. Bildirilib ki, azərbaycanlı qadınlar olan Aylin Fazelian və bacısı Ayda Kərimli İsveç parlamentinin deputatı seçiliblər.
Belə ki, “Sosial-demokrat “partiyasından namizədliyi irəli sürülmüş 1992-ci il təvəllüdlü Aylin Fazelian və “Mərkəz” partiyasından namizədliyi irəli sürülmüş Ayda Kərimli millət vəkili seçiliblər.
Qeyd edək ki, A.Fazelian 14 yaşından siyasətlə məşğuldur. O, 12 ildir ki, “Sosial-Demokrat Partiyası”da fəaliyyət göstərir. O, bundan əvvəl partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü seçilib.