Cümə , 19 Aprel 2024
Drone Cameras

Ermənistanda etiraz aksiyası keçirilir

Yerevandakı “Arinch Mall” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Onlar həm də Vergi Məcəlləsi ilə bağlı imza toplayırlar.

“Noyabrın 13-dən biz ölkə parlamentindəki 4 siyasi partiyaya müraciət edərək, problemə adi insan kimi yanaşmağa çağırırıq. İnsanlar rahat işləyib, yaşamaq istəyirlər. Buna onların haqqı çatmır? Vətəndaşları narahat edərək, büdcənin zor yolu ilə doldurulması qərarını kim verib?”, – deyə “Həmrəyilik” İctimai Birliyinin sədri Armen Nersisyan bildirib.

Məlumata görə, “Arinch Mall” Ermənistan parlamentindəki “Tsarukyan” blokunun, “Çiçəklənən Ermənistan” Partiyasının lideri, milyonçu Qaqik Tsarukya məxsusdur. 

Qeyd edək ki, oktyabrın sonunda Yeravanda “Arinç Mall” Ticaərt Mərkəzi və “Surmalu” yarmarkalarında işləyənlər parlamentin binası qarşısında etiraz aksiyası keçirmişdilər və Vergi Məcəlləsinə dəyişikliklərə etirazlarını bildirmişdilər. 

Aksiya iştirakçıları vergi ödəməkdən yayınmaq istəmədiklərini bildirmişdilər: “İndi vergi adı altında bizi əlavə olaraq yükləyiblər. Dəyişikliklərə əməl etmək məqsədilə sahibkarlar yeni əməkdaşlar qəbul etməlidirlər. Vergi xidməti bizdən idxal edilən hər mal üçün sənəd tələb edir. Bu isə kağız oyunudur. Ona görə də bu işlə məşğul olmaq üçün biz yeni işçi götürməliyik”.

Mütəxəssislərin qənaətincə, Ermənistanda işsizliyin qarşısını almaq üçün hökumət sahibkarlardan əlavə işçi götürmələri tələb edilir. (report)

 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir