Cümə , 26 Aprel 2024
Drone Cameras

Güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirində 700-dək idmançı iştirak edəcək

Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsi keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sayca doqquzuncu dəfə keçirilən turnir Bakı İdman Sarayında təşkil olunacaq. Turnirdə 50-dən çox ölkədən 700-dək idmançı iştirak edəcək.

Proqrama əsasən, yarışların birinci günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da keçiriləcək.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır. Yarışlar “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.

Qeyd edək ki, mötəbər beynəlxalq yarışları yüksək səviyyədə işıqlandıran AZƏRTACAzərbaycanda keçirilən bir sıra mötəbər idman tədbirlərinin, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunlarının, Formula-1 Avropa Qran-prisinin, Arena Polo üzrə Dünya Kuboku yarışlarının rəsmi media tərəfdaşı olub.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir