Cümə , 13 Mart 2026
Drone Cameras

Heydər Əliyev Sarayında xeyriyyə konserti keçiriləcək

Dekabrın 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq “Biz bir ailəyik” adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə fiziki qüsurlu istedadlı ifaçıların və “Hağışta” folklor qrupunun çıxışları dinləniləcək. Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Xeyriyyə konsertindən əldə olunan gəlirin bir hissəsi uşaq evlərinə veriləcək. Konsertin biletlərini şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir