Cümə axşamı , 20 Mart 2025
Drone Cameras

Moskva meriyası Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə mitinqə icazə verməyib

Moskvada Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə mitinqin keçirilməsinə icazə verilməyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “5 Dekabr Partiyası”nın rəhbərlərindən olan Sergey Davidis məlumat verib.

O, Moskva meriyasının noyabrın 20-ə planlaşdırılmış mitinqin keçirilməsinə icazə vermədiyini bildirib. S. Davidis meriyanın bu qərarı ilə bağlı aksiya təşkilatçılarının məhkəməyə müraciət edəcəklərini də qeyd edib.

Qeyd edək ki, Rusiyada müxalifət partiyaları- “PARNAS”, 5 Dekabr Partiyası”, Libertarian Partiyası, habelə “Həmrəylik” və “İnsan haqları uğrunda” hərəkatları Moskvanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə aksiya keçirməklə bağlı Moskva meriyasına müraciət ünvanlayıb. Aksiya təşkilatçıları mitinq keçirməklə bağlı niyyətlərini Rusiyanın daxilində olduqca böyük problemlərin olması ilə izah ediblər.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir