Bazar ertəsi , 2 Oktyabr 2023

Azərbaycanla Rusiya gömrükçüləri sərhəddəki sıxlığı müzakirə edəcək

Bu gün saat 14:00-da Azərbaycan-Rusiya sərhədində iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə son 2 gündə Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində müşahidə olunan nəqliyyat vasitələrinin nisbi sıxlığı müzakirə olunacaq: “Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır. Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. Sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə saat 14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək”.

Check Also

İSBAM sədri qazilərlə görüşüb – FOTOLAR

“Bu gün Şirvan şəhərində bir qrup qazilərimizlə görüşdüm”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Mia.az-a İctimai Siyasi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir