Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin patriarxı ilə görüşüb

 “Azərbaycan müsəlman dövləti olsa da, ölkəmizdə qədim köklərə malik xristianlığın tarixi eramızın I əsrinə təsadüf edir”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin patriarxı Neofitlə keçirdiyi görüşdə bildirib.

Səfir N.Qurbanova vurğulayıb ki, eramızın I əsrində həvari Faddeyin şagirdlərindən olan Müqəddəs Yeliseyin Kiş kəndində tikdiyi kilsə Cənubi Qafqaz regionunda ən qədim xristian kilsələrindən biri hesab edilir.

“Bu gün Azərbaycanda pravoslav icmasında yarım milyona yaxın inanclı insan var və onlar üçün 13 kilsə dövlətimiz tərəfindən təmir və bərpa olunaraq hər cür dəstək verilir. Onlar Azərbaycan Parlamentində təmsil olunublar, dövlət başçımız şəxsən pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edir”,- deyə səfir əlavə edib.

Patriarx Neofit isə bildirib ki, müxtəlif dini və etnik mənsubiyyəti olan insanlar Bolqarıstanda qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. O, Azərbaycanda pravoslav xristian icmasına göstərilən qayğıdan məmnunluğunu ifadə edib. “Şadam ki, Azərbaycanda pravoslav xirstianları öz inanclarında rahat yaşaya bilirlər”, – deyə patriarx Neofit bildirib.

Qeyd edək ki, görüş paytaxt Sofiyadakı Patriarx evində keçirilib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir