Şənbə , 20 Aprel 2024
Drone Cameras

Horadiz-Ağbənd dəmir yolu xətti 2023-cü ildə istifadəyə veriləcək

“Horadiz-Ağbənd dəmir yolu xəttinin 2023-cü ilin I rübündə istifadəyə verilməsi gözlənilir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

“Dəmir yolu xəttinin tikintisini 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacağıq. Xəttin uzunluğu 11 km uzanıb. Artıq 40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki 50 km-lik işlər yekunlaşacaq”, – deyə o, qeyd edib.

“Horadiz-Ağbənd dəmir yolu xəttinin Naxçıvandakı dəmir yolu xətti ilə birləşdirilməsinə isə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar nəticə verdikdən – kommunikasiyaların açılmasına razılıq əldə olunduqdan sonra başlanıla bilər. Ermənistanın Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın idarəetməsində olacaq. Hesab edirəm ki, gələcəkdə bu müddət uzadılacaq”, – deyə C.Qurbanov əlavə edib.

Check Also

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni layihənin icrasına başlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin …