Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Hörmüz boğazında yeni fırıldaqçılıq sxemi: gəmilərə saxta “təhlükəsiz keçid” təklif edilir

Gəmiləri Hörmüz boğazının qərbində qalan bəzi gəmiçilik şirkətləri kriptovalyuta müqabilində boğazdan “təhlükəsiz keçid” təklif edən saxta mesajlar almağa başlayıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Reuters” Yunanıstanın “MARISKS” dəniz risklərinin idarə edilməsi şirkətinə istinadən məlumat yayıb.

Şirkət xəbərdarlıq yayaraq bildirib ki, özünü İran hökumətinin nümayəndələri kimi təqdim edən naməlum şəxslər bir sıra gəmiçilik şirkətlərinə keçid üçün “icazə”yə görə “Bitcoin” və ya “Tether” kriptovalyutası ilə ödənişin tələb olunduğu mesajlar göndərib.

Tehran bu məsələyə hələ münasibət bildirməyib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …