Çərşənbə axşamı , 20 May 2025
Drone Cameras

Hulusi Akardan Mənbicdə hərbi əməliyyat anonsu : “Əməliyyata hazırıq…”

Hulusi Akardan Mənbicdə hərbi əməliyyat anonsu : “Əməliyyata hazırıq…”

Türkiyə ordusu Suryada hərbi əməliyyatlara başlamaq planını yekunlaşdırıb.

boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında hərbi əməliyyatlara hazırdır.

“Biz hazırlıq işlərini yekunlaşdırımışıq və bölgədə yeni əməliyyatlara başlamağa hazırıq”, – deyən nazir əlavə edib ki, Türkiyə zamanı yetişəndə Fəratın şərqində Mənbiçdə terrorçulara  qarşı bütün lazımi tədbirləri görəcək.

Nazir əlavə edib ki, Türkiyə ordusu yalnız terrorçulara qarşı döyüşür: “Türkiyə ordusu Suriyada nə ərəbə, nə də kürdlərə qarşı döyüşür. Ordunun qarşısında belə məqsədi də yoxdur. Biz yalnız terrorçulara qarşı döyüşürük.  Türkiyə ordusunun əsas hədəfi terrorçuluğa qarşı mübarizədir”.

Check Also

Əvəz Zeynallının səhhəti qəfildən pisləşdi – VİDEO

Həbsdən azad olunduqdan sonra müalicə üçün Türkiyə paytaxtına yollanan tanınmış jurnalist Əvəz Zeynallının səhhəti kəskin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir