Cümə , 29 Mart 2024
Drone Cameras

İndiyədək Azərbaycanın müdafiə naziri olmuş 12 şəxs – SİYAHI

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb.

O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

İndiyədək Azərbaycanın 12 müdafiə naziri olub. Onların siyahısını təqdim edirik:

1. Xosrov bəy Sultanov (mülki şəxs) – 28.05.1918 – 11.06.1920
2. Səməd bəy Mehmandarov (artilleriya general-leytenantı) – 26.12.1918 – 01.04.1920
3. Valeh Bərşadlı (general-leytenant) – 05.09.1991 – 11.12.1991
4. Tacəddin Mehdiyev (general-mayor) – 11.12.1991 – 17.02.1992
5. Şahin Musayev (polkovnik) – yanvar, 1992 – 24.02.1992
6. Tahir Əliyev (polis polkovniki) – 24.02.1992 – 17.03.1992
7. Rəhim Qazıyev (mülki şəxs) – 17.03.1992 – 20.02.1993
8. Dadaş Rzayev (general-mayor) – 23.02.1993 – 17.06.1993
9. Vahid Musayev (general-mayor) – 13.08.1993 – 25.08.1993
10. Məmmədrəfi Məmmədov (general-leytenant) – 2.09.1993 – 06.02.1995
11. Səfər Əbiyev (general-polkovnik) – 05.02.1995 – 22.10.2013
12. Zakir Həsənov (general-polkovnik) – 22.10.2013 – indiyədək

Qeyd edək ki, 1995-2013-cü illərdə nazir vəzifəsini tutmuş Səfər Əbiyev 1993-cü ilin iyun-avqust ayında müdafiə nazirinin səlahiyyətlərini icra edib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir