Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

İqdır Azərbaycan Evi Dərnəyi Xocalı müsabiqəsi keçirir

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) İqdır Azərbaycan Evi Dərnəyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı hekayə,şer, inşa yazı və rəsm müsabiqəsi keçirir. Bu barədə «OLAYLAR»-a məlumat verən İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, orta məktəb tələbələri arasında keçirilən müsabiqə fevralın 14-də başa çatıb. Münsiflər Heyətinin qərarı ilə ilk 3 yeri tutan məktəblilərə diplom və hədiyyələr veriləcək. Bununla bağlı İqdır Azərbaycan Evi Dərnəyi fevralın 25-də Zübeyde Hanım Bulvarında tədbir keçirəcək.

Qeyd edək ki, İqdır Azərbaycan Evi Dərnəyi artıq ikinci ildir ki, bu müsabiqəni keçirir.

Check Also

TRT-nin Güney Azərbaycana yalnışı

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir