Çərşənbə , 8 Aprel 2026
Drone Cameras

“LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işləri yekunlaşıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini yekunlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, gəmi ilə “Lam-B” platformasından “Lam-C” platformasına və “Lam-B” platformasından “Lam-28” platformasına qədər 4 düyümlük qaz boru xətti çəkilib.

Ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılmışdı.

Check Also

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb. Boyukmillet.com xəbər …