Şənbə , 20 Aprel 2024
Drone Cameras

Los Ancelesdə Qarabağa həsr olunmuş sənədli filmin premyerası keçirilib

Sentyabrın 14-də ABŞ-ın Los Anceles şəhərində məcburi köçkün olan azərbaycanlı uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib.

Tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüs və dəstəyi ilə təşkil olunub. Baş Konsulluqdan APA-ya verilən xəbərə görə, təbirdə Los Ancelesdə akkreditə olunmuş ölkələrin baş konsulları, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, elm və təhsil xadimləri iştirak edib.

Nümayişdən əvvəl Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti və bu siyasət nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. Diplomat, azərbaycanlı qaçqın və məcburi köçkünlərin 400 mindən çoxunu uşaqların təşkil etdiyini, filmdə Ermənistanın qarşı həyata keçirdiyi işğalın qurbanı olan bu uşaqlardan bəhs edildiyini diqqətə çatdırıb. 

N. Ağayev belə bir sənət əsərinin hazırlanmasına verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə, eləcə də film layihəsinin təşəbbüskarı və müəllifi olan C.Verboka təşəkkürünü bildirib. Tədbir filmin nümayişi ilə davam edib. Ermənistanın işğalçılıq siyasətini və azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlər nəticəsində meydana gələn bəşəri faciəni özünəməxsus şəkildə təqdim edən film, tamaşaçılarda böyük marağa səbəb olub. 

Nümayişdən sonra söz filmin müəllifi C.Verboka verilib. O, belə bir əlamətdar tədbirdə iştirak etməkdən məmnunluğunu bildirərək, filmin çəkilişləri ilə bağlı Azərbaycana səfərləri müddətində azərbaycanlı məcburi köçkünlərlə, o cümlədən öz yurd-yuvalarından didərgin düşmüş uşaqlarla bağlı əldə etdiyi kövrəldici təcrübələrini bölüşüb, bu barədə tamaşaçıların suallarını cavablandırıb.

Nümayişdən sonra istedadlı musiqiçi Azərbaycan tarı və kamançasında milli musiqilərdən nümunələr ifa edib. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir