Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Referendumla bağlı təşkil ediləcək “exit-poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlanıb

ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb.

APA-nın məlumatına görə, sosioloji sorğunun keçirilməsində əsas məqsəd referendum ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, referendumla bağlı ictimai rəyin öyrənilməsi olub.

Sorğuya ümumilikdə Azərbaycanın müxtəlif rayonlarından 1000 respondent cəlb edilib. Bunların 73,7%-i böyük şəhərlərdən, 10,1%-i kiçik şəhərlərdən, qalanları isə qəsəbə və kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,6%-ni qadınlar, 50,4%-ni kişilət təşkil edib. Sorğu ölkə əhalisinin yaş statistikası nəzərə alınaraq aparılıb və respondentlərin 35%-i 30-39 yaş arası, 25,8%-i 18-29 yaş arası, 16,6%-i 40-49 yaş arası, 7,6%-i 50-59 yaş arası, 1,5%-i isə 70 və daha yuxarı yaşda insanlar olub.

Sorğu vərəqindəki suallar belə qruplaşdırıla bilər:

1. Əhalinin Referendumla bağlı məlumatlılıq səviyyəsi.

2. Ölkənin hazırkı iqtisadi vəziyyətinə münasibət.

3. Əhalinin siyasi fəallıq səviyyəsi.

4. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə münasibət.

Əhalinin Referendumla bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə qoyulmuş “Ümumiyyətlə, Azərbaycanda milli seçkilər vəreferendum keçirildikdə Siz səsvermədə necə iştirak edirsiniz” sualına cavab olaraq respondentlərin böyük əksəriyyəti – 74,2% hər zaman səsvermədə iştirak etdiyini, 82,9% respondent isə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsində  (referendum) iştirak edəcəyini bildirib. Belə ki, “Siz səsvermədə iştirak edəcəksinizmi” sualına 76,8% “Əlbəttə,iştirak edəcəyəm”, 6,1% isə “Ola bilsin ki, iştirak edəcəyəm” cavabını verib.

“Sizin qarşıdan gələn 26 Sentyabr ümumxalq səsverməsi-referendum- barədə hər hansı məlumatınız varmı” sualına 95% “bəli” cavabını verib ki, bu da keçiriləcək referendumla bağlı təbliğat, təşviqat kampaniyasının düzgün qurulduğunu və əhalinin siyasi proseslərə marağının yüksək səviyyədə olduğunu göstərir.

Sorğu nəticəsində məlum olub ki, əhali Konstitusiyada dəyişikliklər aparılmasını dəstəkləyir. Belə ki, “Siz 26 sentyabr referenduma çıxarılanKonstitusiya islahatının lehinə, yoxsa əleyhinəsiniz” sualına cavab olaraq respondentlərin 92,8%-i Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin lehinə olduğunu bildirib.

Təhlil əsasında belə nəticəyə gəlmək olar ki, ölkədə aparılan islahatlar əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərməyib. Bu fikri əhalinin iqtisadi və sosial vəziyyəti ilə bağlı verilən suallara cavablar da təsdiqləyir. Belə ki,“Fikrinizcə, bu gün ölkəmizin qarşısında duran ən vacib məsələ hansıdır” sualına cavab olaraq, respondentlərin böyük əksəriyyəti 77,4%“Dağlıq Qarabağ münaqişəsi” cavabını qeyd edib. Burada yalnız 5,8% məşğulluq, 5,3% isə iqtisadi məsələləri vacib məsələ kimi qeyd edib ki, bu da çox kiçik bir qism təşkil edir. Bu fikri anket vərəqində yer almış“Ümumiyyətlə, Azərbaycanda görülən tədbirlər nəticəsində proseslər necə cərəyan edir” sualına verilən cavablarda respondentlərin 91,4%-nin ölkədə inkişaf meylinin olduğunu göstərməsi də təsdiq edir.

Sorğu anketinin digər bloku əhalinin siyasi məsələlərə münasibətinin öyrənilməsi ilə bağlıdır. Burada “2015-ci ildə keçirilən parlament seçkilərində hansı partiyanın namizədinə səs vermişdiniz” sualına cavab olaraq respondentlər say çoxluğu ilə – 92,8%-lə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiklərini bildiriblər ki, bu da əhalinin mövcud siyasi hakimiyyətdən razılıq əlaməti kimi qəbul edilə bilər. Bu razılıq digər suallarla bağlı cavablarda da əksini tapıb. Belə ki, respondentlərin 98,4%-i əmindir ki, ölkə rəhbərliyi xalqı terror aktlarından qoruyur, 95,9%-i inanır ki, bir çox ölkədə qeyri-stabil vəziyyət olduğu halda Azərbaycan regionda ən stabil ölkədir.

Sorğu vərəqində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər aşağıdakı kimi qruplaşdırılaraq bloklar şəklində təqdim edilib və bunun əsasında alınan nəticələr belədir:

Respondentlərin 86,4%-i Azərbaycan Respublikasında icra hakimiyyətinin quruluşunda,  89,1%-i Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsi ilə bağlı,  88,9%-i İnsan hüquqları və onların təminatı sahəsində və 84,2%-i Azərbaycanda sosial təminatlarla bağlı dəyişikliklər edilməsinə razı olduğunu bildirib.

Aparılmış sosioloji sorğunun nəticəsi kimi qeyd edə bilərik ki, 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsinə (referendum) hazırlıq həm hakimiyyət, həm də əhali səviyyəsində qənaətbəxşdir. Belə ki, əhali referendumla bağlı məlumatlıdır və bu, dövlət səviyyəsində aparılan təbliğatın müsbət gedişindən xəbər verir. Ümid etmək olar ki, 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) zamanı keçiriləcək “exit-poll” sorğularının nəticələri apardığımız sosioloji sorğunun nəticələri ilə uyğun olacaq. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir