Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Lukaşenko Rusiyadakı vəziyyətə görə ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib

Belarus Prezidenti Aleksandr Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib.

Boyukmillet.com  Belarus KİV-nə istinadən xəbər verir ki, o, bu barədə hərbçilərlə görüşündə deyib.

A.Lukaşenko qeyd edib ki, Rusiyada baş verənləri kənardan izləmək çətindir: “Vətəndaşlarımızın çoxu baş verənləri ürək yanğısı ilə qəbul etdi”.

Dövlət başçısının sözlərinə görə, Belarusun Qərb təhlükəsinə qarşı müqavimət göstərmək imkanı var.

Xatırladaq ki, bir neçə gün əvvəl “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb. Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …