Bazar ertəsi , 7 Oktyabr 2024
Drone Cameras

Markov: “Dünya ictimaiyyəti iki yaşlı körpənin öldürülməsinə, bu vəhşiliyə qiymət verməlidir”

“Mülki şəxslərin ölümü bir daha göstərir ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, bu yara hələ qarsaq bağlamayıb. Belə hadisələrin tez-tez baş verməsi bu yaranın hələ çox qan aparacağını göstərir”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri az yaşlı körpə olmaqla, iki nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib. 

Ekspertin fikrincə, tərəflər danışıqlar masasına tez bir zamanda oturmasalar, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq: “Aprel döyüşlərinin təkrarlanması ehtimalı çox yüksəkdir. Ona görə də, tərəflər danışıqlar masasına oturmalıdır. Dünya ictimaiyyəti ilk növbədə Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Rusiya və dünya ictimaiyyəti Ermənistan rəhbərliyinə güclü təzyiq göstərməlidir”.

S. Markov Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “İki yaşlı körpənin öldürülməsinə, bu vəhşiliyə dünya ictimaiyyəti lazımi qiymət verməlidir. Ermənistan dövləti ekspansiyada günahlandırılmalıdır. Onlar qonşu ölkənin ərazisini-Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Bu işğala son qoyulmalıdır”.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir