Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Masazırda orta məktəbdə erməni havası – Şagirdlər “Artsax” kompozisiyasına oynadıldı

Bu gün Azərbaycanda yeni təhsil ilinə start verilib.

Bütün məktəblərdə dərs ilinin başlanması xüsusi tədbirlərlə qeyd olunub. Amma bir məktəbdə baş verən hadisə valideynlərin narazılığına səbəb olub.

Boyukmillet.com xəbər verir ki, övladı 1-ci sinifə gedən valideyinlərdən biri sosial şəbəkədə Masazırda yerləşən 3 saylı məktəbdə qəribə hadisə ilə rastlaşdığını yazıb. O bildirib ki, məktəbdə açılış mərasimi zamanı şagirdlər xüsusi rəqs kompozisiyası hazırlayıblar.

Maraqlıdır ki, müəllimin seçimi erməni bəstəkarı Ara Gevorqyanın “Artsax” kompozisiyası olub.

“Bu musiqiyə görə, məktəb rəhbərliyinə etiraz etsəm də, xeyri olmadı. Şagirdlər bu musiqi sədaları altında rəqs etdilər”, – deyə valideyn yazıb.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir