Cümə , 19 Aprel 2024
Drone Cameras

Mövlud Çavuşoğlu: “Türkiyə XİN Dağlıq Qarabağa qanunsuz səfər edən 4 nəfərlə bağlı müvafiq addımlar atıb”

“Azərbaycan sərhədlərini pozaraq Dağliq Qarabağa qanunsuz səfər edən Türkiyənin 4 vətəndaşı ilə bağlı müvafiq addımlar atılıb”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, həmin şəxslər Türkiyə XİN-ə heç bir məlumat vermədən qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər ediblər: “Təbii ki, həmin şəxslərə lazımi xəbərdarlığı etmişik və zəruri addımları atmışıq. Türkiyə vətəndaşlarının bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməmələri ilə bağlı ümumi xəbərdarlıq hazırladıq və yaydıq. Biz bu məsələdə həssaslığımızı hər zaman qorumuşuq. Heç bir türk işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər etməməlidir. Azərbaycanın həssaslığı bizim həssaslığımızdır. Biz mərhum Prezident Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət”ik və “Azərbaycanın dərdi bizim dərdimiz, Azərbaycanın sevinci bizim sevincimizdir” deyiriksə, onda baş verənlərə yanaşmamız birmənalı olmalıdır”. 

Türkiyənin XİN başçısı vurğulayıb ki, Dağlıq Qarabağ işğal altındadır: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə bir türkün getməsi bizim üçün də qəbuledilməzdir. Biz bu məsələdə hər zaman olduğu kimi indi də Azərbaycanın yanındayıq”. 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir