Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar.

Boyukmillet.com-un müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O bildirib ki, mülki əhali arasında həlak olan və yaralananlar var.

Nazirlik rəsmisi qeyd edib ki, mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib.

A.Eyvazovun sözlərinə görə,Azərbaycan Ordusunun döyüş helikopteri vurulub, ekipaj üzvləri arasında itki yoxdur.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …