Cümə , 19 Aprel 2024
Drone Cameras

“Naxçıvan Məhsulları” publik hüquqi şəxsi yaradılıb – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 19-da “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında Sərəncam  imzalayıb.

Boyukmillet.com-un məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər  məsələləri həll etsin”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir