Bazar , 3 Noyabr 2024
Drone Cameras

Naxçıvan türk lirəsindən istifadə edəcək – QƏRAR

“Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac var. Buna görə də Naxçıvan hüququ baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Zəngəzuru Azərbaycandan qopaqmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhədi ortadan qaldırıldı. SSRİ dövründə əlaqə Ermənistan üzərindən olduğundan problem yox idi:

“Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nini süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Bu, Ermənistanı Naxçıvana qarşı hər hansı təxribatdan çəkindirməlidir. Azərbaycan ordusunun Türkiyə ordusuyla birgə Naxçıvanda hərbi təlimlərının ardından başqa xəbər gəldi. Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır. Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib. Faktiki Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək. Doğru siyasətdir”.

Alçina Amilqızı

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir