Bazar , 3 Dekabr 2023

Növbəti erməni təxribatının qarşısı alınıb

Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

Check Also

ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir